Lənkəranskidən sonra gözlənilən savaş başladı – “Türk klanı”nın ilk qanlı hesablaşması

22.11.2016 - 12:34

rr“Gio Gürzə” ləqəbli 40 yaşlı “qanuni oğru” Georgi Şirinovun Moskvada öldürülüməsi kriminal müharibənin başlanmasından xəbər verir. Belə ki, kriminal aləmin “xaç atası” hesab edilən Ded Xanın qətlindən sonra Moskvada ilk dəfə olaraq “qanuni oğru” öldürülüb.
2013-cü ildə Ded Xasanın qətlindən sonra ötən müddət ərzində “qanuni oğru”larla hesablaşama Rusiya sərhədlərindən kənarda aparılıb. Bu müddətdə təkcə “qanuni oğru”- Əlibala və Rövşən Lənkəranski Türkiyədə qətlə yetirilib. Ümumilikdə isə son 3 ildə qanlı hesablaşmalar Rusiya sərhədlərindən kənarda aparıldığına görə son ölüm faktı artıq Moskvada “oğru savaşı”nın ilk siqnalı kimi qəbul edilib.
Xüsusilə də bəzi mənbələr bunu R.Lənkəranskinin qətlindən sonra kriminal aləmdə böyük savaşa hazırlıq getdiyi barədə informasiyaların doğrulması kimi qiymətləndirir. Georgi Şirinov davada aldığı kəllə-beyin travmasından dünyasını dəyişib. Onun ölümünün Merab Mzareula ilə bağlı olduğu təxmin olunur. Kriminal aləmdə Kiko kimi tanınan Merab Mzareula 2014-cü ildə “türk klanın”nın dəstəyini alan “oğrular” Laşa Barateli, İko Cabua, Reziko Ubilavanın statusunun geri alınmasının təşəbbüskarı olub. Şirinov də bu təşəbbüsü dəstəkləyib və ölümünün də məhz bu hərəkətinə görə “qazandığı” təxmin olunur.

Short URL: http://www.cumhuriyyet.net/?p=82623

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31