Bakı aeroportunda görünməmiş olay

08.06.2014 - 18:59

Kiyevə gedənləri Londona göndərəcəkmişlər

Bakının yeni hava limanında kuryoz hadisə baş verib. Kiyevə bilet
alan sərnişinləri Londona uçacaq təyyarəyə istiqamətləndiriblər.
Sərnişinlər təyyarədə yerini tutandan az sonra aeroport işçiləri gələrək
səhvə yol verildiyini deyiblər və sərnişinləri təyyarədən düşürüblər.
Bu barədə həmin sərnişinlərdən biri, politoloq Elxan Şahinoğlu özünün facebook səhifəsində məlumat paylaşıb:
“Yeni
hava limanında biletdə göstərildiyi kimi, 3-cü qapıdan Bakı-Kiyev
ucağına mindim. Sərnişinlər yerlərini təzəcə rahatlamışdılar ki, hava
limanının işçiləri içəri daxil olub nə desələr yaxşıdır? “Sizi düzgün
istiqamətləndirməyiblər, bu təyyarə Londona uçur, buranı tərk edin..”.
“Bəs bizim təyyarə hardadır” sualını isə hava limanı işçiləri
cavablandıra bilmədilər. Hər halda sərnişin olmadan təyyarə havaya
qalxmaz deyib, bütün sərnişinlər avtobus axtaranlar kimi yeni hava
limanında Kiyevə uçan təyyarəni axtarmağa başladılar. Xeyli axtardıqdan
sonra hava limanı işçilərindən biri uzaqdan qışqıraraq, “bura gəlin,
Kiyev təyyarəsu burdadır” deyib narahatlığımıza son qoydu”.
Elxan Şahinoğlu hazırda Kiyevdədir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8263

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031