Şirvan şəhərində yezid müsibəti

küçəsinin içməli suya olan tələbatının ödənilməməsindən, sakinlərin su
sarıdan korluq cəkməsindəndir”. Bunu “Qaynar xətt”ə Şirvan şəhəri, Əli Bayramov küçəsinin sakini Elçin
Mehtiyev yazır. Bildirir ki, bu barədə şəhər rəhbərliyinə, Şirvan Su
Kanal İdarəsinə, hətta prezidentə də məktub ünvanlayıblar. Ancaq heç
bir nəticəı hasil olmayıb:
“MƏMUR ÖZBAŞINALIДћI DAVAM EDİR”
“İdarənin rəisi Mirmuxtar Məmmədov sakinlərin istəklərinə məhəl
qoymayaraq özbaşınalıqlar edir, su çəkilişi üçün ayrılmış vəsaiti yeyib
talayır. İndi hansı zamandır ki, su üzünə həsrət qalmışıq… Həm də Kür
çayının 200 metirliyində olan bir ərazidə… Sutkalıq gücü 6000 m3 su
istehsal etmə qabiliyyətinə malik olan Şirvan Kür Su İdarəsi nədənsə
öhdəsinə düşən missiyanı yerinə yetirmir. Mirmuxtar Məmmədov iş görmək
əvəzinə istirahət edir. Artıq heç bir hədədən qorxub-çəkinmyən bu məmur
“Mən Qorxmazın adamıyam” deyib istənilən məsulliyətdən boyun qaçıra
bilir. Bir sözlə, həmişə olduğu kimi, məmur özbaşınalığı davam edir”.
Elçin Mehtiyevin şikayəti bununla bitmir. Bildirir ki, Mirmuxtar
Məmmədov kürəkənini şəxsi sürücüsü işinə götürərək idarənin büdcəsindən
ona 1200 manat əməkhaqqı təyin edib:
“Görün Əliyevin hakimiyyəti kimlərin əlində oyuncağa çevrilib… Görün Şirvanda necə dərəbəylikdir…”
Kürə yaxın yerləşən Şirvan şəhərini susuz qoyan Mirmuxtar Məmmədovun bu
əməllərini işıqlandırmağını xahiş edirəm. Bu boyda problemləri qoyub
ilin-günün bu vədəsində istirahət üçün məzuniyyətə çıxan səhlənkar
müdirə başqa nə ad vermək olar?
“İŞÇİLƏRİMİZ EVİNƏ GETDİ”
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı şikayəti araşdırdığını deyir: “Bizim işçiləri onun yaşadığı ünvana yollamışıq. İşçilərimiz baxış
keçiriblər və məlum olub ki, bu adamın evində su gəlir. Sadəcə ora-bura
dayanmadan yazmağı, ona-buna böhtan atmağı xoşlayır”.
Anar Cəbrayıllı həmçinin “Facebook” səhifəsində də Şirvandan olan başqa
şikayətlərə reaksiya verib. O yazıb ki, şikayət edən tərəf həmişə özünün
yaratdığı problemləri qabartmır, bütün günahları qarşı tərəfdə görür:
“Şirvan şəhərində mexaniki sayğacların smart tipli sayğaclarla
dəyişdirilməsi qanunvericiliyin tələblərinə tam uyğun qaydada aparılır:
“İstifadə olunan suyun dəqiq uçotunun aparılması üçün 2012-ci ilin may
ayından etibarən smart tipli su sayğaclarının quraşdırılmasına
başlanılıb. Bu sayğaclar əhali abunəçiləri üçün dövlət vəsaiti hesabına,
qeyri-əhali abunəçiləri üçün isə onların vəsaiti hesabına quraşdırılır.
İlkin mərhələdə Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda başlanan
proses artıq ölkənin bütün ərazisini əhatə edir.
Anar Cəbrayıllı yazıb ki, Şirvan şəhərində ilk növbədə mexaniki
sayğacları işləməyən və debitor borcu olan obyektlər smart tipli
sayğacla təmin olunurlar və bu proses bütün abunəçiləri əhatə edəcək:
“Qeyd edim ki, smart tipli su sayğaclarının quraşdırılması Azərbaycan
Respublikası Prezidentinin 05.09.2012-ci il tarixli, 2421 nömrəli
sərəncamının 24-cü (kommunal xidmətlərin təkmilləşdirilməsi) bəndinin,
24.1 (elektrik enerjisinin, təbii qazın və suyun istehlakı və haqqının
ödənilməsi sahəsində smart kart tipli sayğacların quraşdırılması
prosesinin başa çatdırılması) yarım bəndinə əsasən həyata keçirilir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=8264