Maaşlar artırıldı

görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin
əməkhaqqı artırılıb
nazir Artur Rasizadə “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim
şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan
işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən
artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22
avqust tarixli 137 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar
verib.
lent.az-a verilən məlumata görə, qərarda Azərbaycanda dəniz
səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq
yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısında dəyişiklik
edilməsi göstərilir. Belə ki, yaşayış məntəqələrinin adlarının 1500
metrdən 2000 metrədək sütununun Lerik rayonu bölməsinə Şonaçola
kəndindən sonra Loda kəndi əlavə edilib.
başqa baş nazirin qərarı ilə 1200 metrdən 1500 metrədək yüksəklikdə
yerləşən yaşayış məntəqələrinin siyahısının Tovuz rayonu bölməsinə
Almalıtala kəndi sətrindən sonra Qəribli, Dəlləkli və Öskəm kəndi əlavə
edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=8266