İran ilk kosmik gəmisini hazırlayır

08.06.2014 - 20:39

İran rəsmən özünün kosmik orbital gəmisini hazırlamağa başlayıb.

 

Bu barədə ölkənin milli kosmik layihəsinin rəhbəri Mansur Kabqanian
bildirib. Onun sözlərinə görə, ilk kosmik gəminin ağırlığı 100 kq
olacaq. 

Gəmini İran istehsalı olan raketin köməyi ilə Yerin aşağı orbitinə
çıxarmaq nəzərdə tutulub. Gəmi maye yanacaqla işləyəcək mühərriklə təmin
ediləcək. İranın Hacı Nasir adına institutunun mühəndisləri artıq
pilotlu kosmik aparatın prototipini də hazırlayıblar. 

İranın yeni kosmik gəmisi əslində sıfırdan başlamayacaq. Tamamilə
mümkündür ki, o, ötən il kosmosda olan və göyərtəsində meymun
yerləşdirilmiş kapsulaya malik gəminin böyüdülmüş variantı olsun
/Musavat.com/.

Short URL: http://www.cumhuriyyet.net/?p=8271

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31