Erməni deputat müharibədən qorxduğunu etiraf etdi

08.06.2014 - 20:43

“Cəbhə xəttindəki son insidentlər təkcə Ermənistan silahlı
qüvvələrinin sayıqlığını yoxlamaq məqsədi güdmür, həm də regionda
Ermənistanın da iştiraklı ilə gedən müxtəlif geosiyasi və inteqrasiya
prosesləri ilə bağlıdır”. 

Bunu erməni internet portallarından birinə müsahibəsində Ermənistanın
hakim partiyasının deputat fraksiyasının üzvü Koryun Naapetyan deyib.

“Sərhəddəki son insidentlər bizi dərindən narahat edir. Bu
istiqamətdə (Naxçıvanla sərhəddə bir gündə iki erməni hərbçisinin
snayperlə öldürülməsi nəzərdə tutulur) ilk dəfədir ki, belə
hallar baş verir və insan itkiləri olur. Keçmişdə güllə səsləri
eşidilib, ancaq son illər ərzində bu cür insidentləri mən xatırlamıram.
Biz dəfələrlə məsələni qaldırmışıq, ancaq Azərbaycan snayperləri
sərhəddən yığışdırmır”, – deyə deputat bildirib.

Naapetyan məsələni iyunun NATO Parlament Assmbleyasının iyunun
16-18-də Bakıda keçiriləcək “Roz Rot” seminarında qaldıracağını
söyləyib: “Nümayəndə heyətinin rəhbəri kimi Bakıda mən mütləq son
insidentə də diqqət yönəldəcəyəm” (musavat.com).

Short URL: http://www.cumhuriyyet.net/?p=8272

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31