Bu, təkcə Poroşenkonun başına gəlməyib

08.06.2014 - 20:46

Rəsmi mərasimlərdə əsgərlərin yıxılmasından tarixi nümunələr

Ukraynanın yeni prezidenti Pyotr Poroşenkonun 7 iyunda keçirilən
andiçmə mərasimində fəxri qarovulda duran əsgərlərdən birinin huşunu
itirərək yıxılması tarixə kuryoz hadisə kimi keçdi. Bu hadisə
inauqurasiya mərasiminin ən çox danışılan məqamlarından birinə çevrildi.
Onun yaxşı, yoxsa pis əlamət olduğu haqda diskussiyalar da açıldı.
Sonradan bəlli oldu ki, əsgəri sadəcə isti vurub.
Ukraynada nəşr olunan “Komsomolskaya pravda” qəzeti tarixdən buna bənzər bir neçə hadisəni xatırladır.

İyul, 1949-cu il:
Britaniyada Kral cəmiyyətinin
təşkil etdiyi mərasim zamanı şahzadə Yelizavetanın qarşısında kral
ordusunun xanım əməkdaşı huşunu itirərək yerə sərilir.

İyun, 1957-ci il:
İngiltərədə bayrağın qaldırılması üçün təşkil olunan təntənəli mərasimdə əsgərlərdən biri özündən gedir.

İyun, 1991-ci il:
Kral ordusunun qadın dəstəsinin üzvlərindən biri kraliçanın qarşılanma mərasimində huşunu itirib, yıxılır.

İyun, 1997-ci il:
Kanadada
bayraq dəyişidirilməsi zamanı general-qubernatorun qvardiya
əsgərlərindən biri özündən gedir. Tədbirdə şahzadə II Yelizaveta da
iştirak edib.

May, 2004-cü il:
Kopenhagendə Kral teatrı qarşısındakı fəxri qarovul yıxılır.

Fevral, 2010-cu il:
Amerikada dəniz piyadalarının qadın üzvlərindən biri illik “Cobra Gold” təliminin açılış mərasimində özündən gedir.

Yanvar, 2010-cu il:
Kopenhagendə Kral qaravul
dəstəsinin əsgəri Avropa Birliyi və Danimarka parlamentinin üzvləri
şərəfinə Kral sarayında verilən ziyafət zamanı üzü üstə yerə yıxılır.

Noyabr, 2010-cu il:
Fransanın keçmiş prezidenti
Nikola Sarkozi və onun çinli həmkarı Xu Tsintaonun şərəfinə Yelisey
sarayında təşkil olunan şam zamanı fəxri qarovulda duranlardan biri
huşunu itirir.

Mart, 2011-ci il:
Madriddə fəxri qarovulun əsgəri parad zamanı İspaniya kralının gözləri qarşısında özündən gedir.

Short URL: http://www.cumhuriyyet.net/?p=8273

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31