Moskvada Azərbaycan muğamı səslənir

08.06.2014 - 22:24

Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan muğamı səslənəcək. 
Anspress-in
məlumatına görə, Mahmud Salah və “Qədim Şərq” ansamblı Avropaya qastrol
səfəri çərçivəsində Moskvada “Azərbaycan muğamı. Gələcəyə səyahət” adlı
solo konsertlə çıxış edəcək. Konsert “Kainatın səsi” adlı 12-ci
Beynəlxalq musiqi festifalı çərçivəsində həyata keçiriləcək. Bu haqda
informasiyanı “Dünyanın mədəniyyət musiqiləri” elmi-yaradıcılıq mərkəzi
yayıb.
Qeyd edək ki, adı çəkilən korsertə
Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Raxmaninov zalında bu
gün axşam saat 19.00-da start verilib. 
Konsertdə
kollektivi Mahmud Salah (qaval), İqbal Məmmədzadə (tar), Oqtay Şərifov
(kamança), Fəqan Ələsgərov (balaban) və Gülsurə Əsgərova (xanəndə)
təmsil edəcək. 
“Qədim Şərq” muğam ansamblı
2000-ci ildə Mahmud Salah tərəfindən yaradılıb. Ansamblın üzvləri hər
muğamı klassik stildə ifa edirlər.
Xatırladaq
ki, “Qədim Şərq” ansamblının Moskvada keçiriləcək konserti iyun ayının
15-də 15 illiyini qeyd edəcək Rusiya Azərbaycanlıların Federal
Milli-Mədəni Muxtariyyəti (AzərRos) tərəfindən təşkil edilir.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8277

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031