Qərbdən Rusiyanın ən böyük layihəsinə zərbə

08.06.2014 - 22:34

Bolqarıstan Avropa Komissiyasının iradlarından sonra “Cənub layihəsi” qaz kəmərinin tikintisi üzrə işləri dayandırıb. Bu barədə ölkənin baş naziri Plamen Oreşarski ameriaklı senatorlarla görüş sonrası brifinqdə bəyan edib.
“Brüssellə əlavə məsləhətləşmələrdən sonra işlərin sonrakı gedişinə baxacağıq”, – deyə baş nazir bildirib. Maraqlıdır ki, cəmi iki gün öncə Bolqarıstan Avrokomissiyanın tələbi ilə razı olmadığını bəyan eləmişdi. Ölkənin iqtisadiyyat və energetika naziri Draqomir Stoynev “Cənub axını”nı dövlətlərarası münasibətlərin, Ukrayna ilə Rusiya arasında konfliktin girovuna çevirməyin tərəfdarı olmadığını söyləmişdi.
Xatırladaq ki, Avropa Komissiyası iyunun 2-də layihənin Avropa Birliyi ölkələri, ilk növbədə də Bolqarıstan ərazisində reallaşmasını dayandırmaq niyyətində olduğunu açıqlayıb. “Cənub axını” layihəsi Rusiya qazının Ukraynadan yan ötməklə Cənubi və Mərkəzi Avropa ölkələrinə çatdırılmasını nəzərdə tutur. Əvvəl bildirilmişdi ki, kommersiya daşınması 2016-cı ilin 1-ci rübündə başlanacaq. Tam gücü ilə isə kəmər 2018-ci ildə işə düşməlidir (musavat.com).
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8279

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031