Belorusda ermənilərin belini yerə vurduq

08.06.2014 - 23:06

Belorusda “Sarı Gəlin” savaşı – ermənilər uduzdu

Belorusda “Sarı Gəlin” savaşı – ermənilər uduzdu 

Grodnoda Millətlərin Mədəniyyət Festivalında ölkəmiz yenə qalib oldu!

Belarusun
Grodno şəhərində yaşayan azsaylı xalqların nümayəndələrinin iştirakı
ilə Beynəlxalq Festival öz işinə başlayıb. Tədbir ənənəvi olaraq iki
ildən bir keçirilir və şəhərdə fəaliyyət göstərən yerli diaspora
nümayəndəliklərinin təşkilatçılığı ilə xalqların milli mətbəxi,
musiqisi, tarixini əks etdirən müxtəlif göstərilərlə zəngin olur.

Tədbirə “Yeni Müsavat”ın Avropa təmsilçiliyi də dəvət edilib. Əməkdaşımız festivalı izləyib və bu reportajı hazırlayıb
***
İkili birincilik
…Bəlkə də dünyanın heç bir yerində 60-dan çox etnik azlıqların
birgə və ən əsası, dinc yaşadığı oxşar şəhər tapmaq mümkün deyil.
Belarus turistlər üçün o qədərdə cəlbedici ölkə olmasa da, ölkənin
Grodno vilayətinin eyni adlı şəhərində iki ildən bir təşkil olunan
xalqların mədəniyyət festivalının zəngin əcnəbi auditoriyası formalaşıb.
Dünyanın müxtəlif ölkələrindən turistlər bu şəhərə iki ildən bir olsa
da, məhz yaxşı mənada heyrətlənmək üçün gəlirlər…
Heyrətamiz tolerantlıq…
Postsovet məkanında siyasi idarəetmə sisteminə görə ən çox tənqid
olunan ölkələrdən biri olan Belarusda bu tənqidləri incələməyə vaxt belə
itirməyin. Reallıqlar tənqidlərə adekvat deyil. Bu mənada ölkənin
Grodno şəhəri sayı hələlik 62 olaraq müəyyənləşən azsaylı xalqların
birgəyaşayış imkanları xüsusunda dünyada tolerantlığın paytaxtı hesab
oluna bilər. Qədim tarixi olan müxtəlif mədəniyyətlərin məskunlaşdığı
Grodnoda etnik qrupları özündə ehtiva edən boyük bir xəritədə şəhərdə
holland, yunan, venesuela, eskimos, türk, yapon, suriaya,
fələstinlilərlə bahəm belaruslar da azlıq kimi göstərilir. Bu qədər
tolerant!
Artıq sayca onuncu olan bu festivalda 60-dan çox müxtəlif milli
mədəniyyətlər sərgilənir. Xalqlar özünəməxsus özəllikləri təbliğ edir,
milli musiqi və mətbəxlərindən nümunələrlə ziyarətçilərin diqqətini
çəkməyə çalışırlar.
İki gün davam edən mədəniyyət marafonunun məntiqi sonluğu olaraq 62
xalqın içərisindən biri öncədən müəyyən edilmiş kriteriyalara görə
birinci elan olunur. Təşkilatçılıq işləri yerli diaspora birlikləri
tərəfindən həyata keçirilən tədbirdə ənənəvi olaraq həmişə Azərbaycan və
Ermənistan təmsilçiləri favorit hesab olunur və onların arasında
rəqabət xüsusi prinsipiallığı ilə seçilir. Artıq 3-cü dəfədir ki, yarış
ancaq ermənilər və azərbaycanlılar arasında gedir. Mərkəzi və Şərqi
Avropada olduqca populyar olan festivalda 2010-cu ildə nəticə
ermənilərin xeyrinə olsa da, şəhərdəki diaspora rəhbərliyinə yeni
seçilmiş iş adamı Namiq Vəliyevin təşkilatçılığı ilə 2012-ci ilin yekunu
bizim aktivimizə yazılıb. Həqiqətən bu qədər mədəniyyət sərgisindən
birinci olmaq olduqca qürurvericidir. 
…Azərbaycan diasporu bu il də mükəmməl hazırlaşmışdı. Festivala
Avropanın bir çox ölkələrindən və Rusiyadan çoxsaylı həmvətənimiz
qatılmışdı. Digər nümayəndəliklər öz mətbəxinə aid nümunələri turistlərə
ödənişlə təqdim etsələr də, azərbaycanlıların qonaqpərvərliyi bizim
üçün nəzərdə tutulmuş ərazidə əməlli tıxac yaratmışdı. Qaralı aş, dolma,
müxtəlif kabablar, paxlava, şəkərbura, Azərbaycan şərabları və s.
turistlərin ixtiyarında, özü də türkün sözü, ücrətsiz!
Mədəniyyəti qısır ermənilər…
Erməni təmsilçiləri həmişə olduğu kimi  bu dəfə də təhrikedici
elementlərdən faydalandılar. Qara zurna, balaban, bizə məxsus, musiqi,
rəqs, geyim… Sadəcə ifa erməni dilində! Özü də ancaq Qarabağ haqqında!
Mətbəx isə bu dəfə təqdim olunmurdu. Grodnodakı Azərbaycan diasporunun
sədri Namiq Vəliyev müsavat.com-un müxbiri ilə söhbətində bildirdi ki,
ermənilərin belə tədbirlərdə birlik halında təşkilatlanması son iki
ildir fayda vermir. “Doğrudur, onların lobbiçilik fəaliyyəti olduqca
güclüdür, amma buna yetərincə müqavimət göstərə bilirik və nəticə göz
önündədir”. Qeyd edək ki, ermənilərin iddia etdiyi “Sarı gəlin”
musiqisini onlar fonoqramla verdilərsə, Azərbaycan tərəfi qonaqların
qarşısına eyni ifada canlı və sarı əlbisəli rəqqasənin müşayiətilə
çıxdı…
İkili birincilik…
Beləliklə… 20 ildir davam edən Xalqların Mədəniyyət Festivalında
ilk dəfədir ki, qalib ikili mahiyyət daşıyacaq. Belə ki, bu dəfə
birinciliyə namizəd gözlənildiyinin əksinə olaraq Ermənistanla deyil,
Venesuela və Azərbaycan təmsilçiləri arasından müəyyənləşdirilməli idi.
Görünür, münsiflər arasında tərəflərə bərabər səslər verildiyindən, hər
iki ölkə festivalın qalibi hesab edildi. Bu, Venesuelalılar üçün bir
ilkdir! 
Həm də bəyənmədiyimiz Belarus demokratiyası…
Musavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=8280

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31