Böyük müharibə başlayır?

08.06.2014 - 23:22

NATO yüzlərlə tankını Rusiya sərhədinə yeritdi

NATO yüzlərlə tankını Rusiya sərhədinə yeritdi
 
İyunun 5-dən başlayaraq Şimali Atlantika Alyansının – NATO-nun yüzlərlə tankı Litvanın Klaypeda limanına daşınır. Bu barədə “Delfi” agentliyi foto və video yayıb. Axar.az xəbər verir ki, ağır texnika Alyansın son illərin ən nəhəng “Saber Strike – 2014” (Qılıncla zərbə) adlı təlimləri üçün gətirilib. Bərə vasitəsi ilə NATO-nun “Leopard”, “Piranya” və bu tipli ağır hərbi texnikası daşınıb.
Xatırladaq ki, tank və digər ağır texnikadan başqa Litvaya tibbi və digər personal təmsilçiləri də gəliblər. Litvada keçiriləcək NATO-nun bu böyük hərbu təlimi son aylar Rusiyanın Ukraynaya və Baltikyanı ölkələrə təhdidinə cavab kimi qiymətləndirilir. Litva prezidenti Rusiyanın bu aqressiyasına qarşı ən sərt mövqe göstərən və NATO-dan Baltikyanı ölkələrin müdafiəsi üçün yardım istəyən liderlərdən sayılır.
 

Short URL: http://www.cumhuriyyet.net/?p=8282

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31