Rokfeller Azərbaycanı əldə saxlamağın sirrini açır
Yəhudi
əsilli ABŞ vətəndaşı, məşhur iş adamı Devid Rokfellerin son yüz ilin ən
böyük etiraflarının on ikinci hissəsi Türkiyə, Mərkəzi Asiya, Yaxın Şərq
və Qafqazla bağlıdır.
Axar.az xəbər
verir ki, Rokfeller Kiçik və Mərkəzi Asiyanın, həmçinin Qafqazın onlar
üçün nə qədər əhəmiyyətli olduğundan bəhs edir. Rokfeller Qafqaza sahib
olmağın yolunun Kiçik Asiyadan keçdiyini söyləyir: “Türkiyə
bizim üçün çox əhəmiyyətlidir. Su qaynaqlarının əhəmiyyətli bir qismi
burada yerləşir. Türkiyə haqqında bir az da danışmaq istəyirəm. Çünki
dünyada ən strateji mövqedə olan ölkədir və bizim üçün olduqca
əhəmiyyətlidir. Səbəblərinə gəlincə: əvvəla, Böyük İsrail dövləti
torpaqlarının su qaynaqlarının əhəmiyyətli bir qismi Türkiyəyə
məxsusdur. İkincisi, müsəlman və demokratik bir ölkə olaraq, bu məsələdə
öndə olan ölkədir. İslamiyyəti yıxmaq istəyiriksə, əvvəlcə Türkiyədən
başlamalıyıq. Üçüncüsü, Avropa və Asiya arasında körpü rolunu oynayır.
Mədən, neft, təbii qaz kimi zəngin yeraltı qaynaqlara sahib Yaxın Şərq
və Qafqaza hakim olmaq istəyiriksə, bu ölkə əlimizin içində olmalıdır.
Orta Şərq onsuz da əlimizdədir. Qafqaz və Mərkəzi Asiyadakı digər türk
dövlətləri də yaxın zamanda zərbələrlə qarışıqlığda boğulacaqlar və
əlimizin içinə düşəcəklər. Bu türklər əslində birləşib bir araya
gəlsələr, qarşılarında heç bir güc dayana bilməz. Buna görə də belə bir
ehtimalı gözə alan agentlərimiz hər an gözləmə mövqeyindədirlər. Türk
dövlətlərindəki gizli adamlarımız aralarında ən kiçik bir yaxınlaşma
sezdiklərində dərhal sabitliyi pozacaq hadisələr və zərbələrlə bunun
qarşısını alırlar”.
Short URL: http://www.cumhuriyyet.net/?p=8283