Məhbuslara İlham Əliyev işgəncəsi

09.06.2014 - 01:26
Dövlət başçısına müraciət edən dustaqlar incidilir

 
Son zamanlar Azərbaycan həbsxanalarında
saxlanma şəraitinin dözülməz vəziyyətdə olması, məhbuslara qarşı törədilən
qanuna zidd hərəkətlər, işgəncə və korrupsiya halları artmaqdadır. Vəziyyətlə
barışmayan bir məhbuslar aidiyyatı qurumlara və dövlət başçısına müraciət edərək
imdad istəyir. Penitensiar Xidmət müraciəti araşdırmaq, problemləri həll etmək əvəzinə
müraciət müəlliflərinə divan tutmaq yolunu seçib. Verilən məlumatlara görə bir
neçə gün öncə 12 saylı Cəza Çəkmə Müəssisəsində baş verən qanunsuzluq,
korrupsiya və işgəncə halları barədə dövlət başçısına müraciət edərək onu adı çəkilən
həbsxanaya dəvət edən məhbuslara müəssisənin rəhbərliyi tərəfindən şiddətli şəkildə
təzyiqlər edilir.

Aidiyyatı qurumlara etdikləri müraciətə görə təzyiqlərə
məruz qalan məhbusların bir qismi də Qobustan Qapalı Həbsxnasında cəza çəkən
ömürlük məhbuslardır. Bu barədə “Siyasi Məhbuslarsız Azərbaycan” İctimia
Alyansına adı çəkilən həbsxanada cəza çəkən məhbus Şakir Hacımurad oğlu
Rzaxanovun anası Müslimat Rzaxanova rəsmi məktubla müraciət edərək bildirib.

Məktubda deyilir; “Qobustan həbsxanasında
ömürlük cəza çəkən oğlum Rzaxanov Şakir Hacımurad oğlumun məhv edilməsinə yönəldilmiş,
ona   qarşı təzyiq və   işgəncələr davam edir, həyatına real təhlükə
yaranıb.  06 iyun tarixdə aldığım məlumata görə Şakir çox çətinliklə görüş
ala bildiyi  vəkili İlqar Abdullayevlə görüşündən dərhal sonra cəzalandırılaraq
15 sutkalıq  cərimə təcridxanasına köçürülüb. Həbsxanada baş verənlər barədə
dövlət başçısına, cəmiyyətə məlumat verərək, dövlətimizin qanunlarına əhəmiyyət
verməyən həbsxananın rəisi Şahin Osmanova  07 iyun tarixdə zəng edərək,
Şakirin cəzalanmasının  səbəbini  soruşduqda  Ş. Osmanov “Şakirin məhbuslardan dövlət başçısına
və digər rəhbərlərə ünvanlanan müraciətə  imza topladığını, televizora
baxdığını, pencərəyə taxta parçası qoyduğunu, əsasən də saxlanma rejimindən əlaqədar
rəhbərliklərə “yalan” məlumatlı şikayət ərizələr yazdığına, nəzarətçi
ilə kobud danışdığına görə cəzalandırıldığını bildirdi. Rəis eyni zamanda mənim
məhbus yaxınları ilə əlaqə saxladığıma,  guya məhbusların evlərinə çəkiliş
qrupu göndərdiyimə (?!) də iradını bildirməklə, həqiqətən Şakirə qarşı qərəzli,
ziddiyyətli münasibətini özü təsdiq etdi. Oğluma neçə günlük cəza verildiyinə
“bilmirəm” deyən rəis israrımdan sonra 15 gün verdiyini bildirdi. Həbsxana
rəisindən soruşdum ki, məgər Şakirin kamerasının qapısı açıqdır ki, məhbuslardan
imza toplasın? Eyni zamanda  bildirdim ki, məhbusların prezidentə əhf ərizəsi
ilə  müraciət etməsi  məgər
 “rejim pozuntusu”durmu? Televiziyaya bütün məhbuslar hər zaman
baxır, istədikləri keyfiyyətli radioqəbuledicidən istifadə edirlər, nədənsə
Şakirə bütün bunlara  qadağa qoyulub  “rejim pozuntusu”
sayılır. Pencərənin bağlanmaması üçün qoyduğu taxta parçası haradan gəlib, məyər
Şakir həyətdə gəzir? Məyər bu pencərənin örtülməməsi üçün qoyulan taxta
parçasına görə 15 sutka cəza verilir? Nəzarətçi taxta parçasını özü qəsdən
 gətirib vermədiyini necə sübut edə bilər? Heç cür, çünki rəisin
tabeliyində olan şəxs rəisin dediyini edəcək!  Həmin nəzarətçi ilə qapalı
vəziyyətdə olan  Şakir niyə kobud danışmalı idi ki? Şakirin “rejimi
pozduğu, ona kobud cavab verdiyi” barədə saxta ittiham sənədi hazırlayıb
karsa salmaq üçün?  Şakirin yanına köçürülən məhbuslara dəfələrlə
“Şakiri vurmaq göstərişinin şəxsən siz vermisiniz, məndə həmin məhbusların
yazılı  məlumatı var, buna nə deyərsiz” sualıma  Şahin Osmanov
“Əcəb eləyirəm, mən buranın rəisiyəm, istədiyim göstərişi verirəm!”
dedi. Şahin müəllim, Şakirin Avropa Şurası Məhkəməsinə müraciət etdiyinə görə,
onun  məhv edilməsinə sabiq həbsxana rəisləri Nəsimi Əsədova da, Kazım
Abdullayev  onlara bu göstərişi “yuxarı rəhbərliklərin”
verdiyini açıq bildirirdilər, gizlətmirdilər. Hazırda siz Avropa Şurası İnsan
Haqları Məhkəməsindən oğlumun qərarı gələndən  sonra, sabiq rəislərin
 eyni ilə Şakirin məhv edilməsi üçün  tabeliyinizdə olan nəzarətçilərin
vasitəsilə istədiyiniz  saxta sənəd tərtib edir, hərəkəti
qanunlaşdırırsınız, Onda  hesab edirəm eyni göstərişi indi Siz davam etdirərək,
Kazım Abdullayevin metodundan istifadə etməklə yanaşı, hətta onun kamerasına
zorla köçürdüyünüz məhbuslara “Şakiri vurmağı” məsləhət verirsiniz! “Məhbuslar
bu barədə yazıblar” deyəndə rəis Şahin Ocmanov “əcəb eləyirəm” dedi. 

Hörmətli Xanımlar və cənablar, Qobustan həbsxanasında
 məhbuslara (imkansız) qarşı dözülməz  saxlanma şəraiti son illər
daha qəddarlıqla davam edir. Əgər həbsxana rəisi qanuna zidd hərəkətlərinə, məhbuslara
işgəncə verməsinə məsuliyyətsizcəsinə “əcəb eləyirəm” deyirsə, demək onun
bu özbaşına hərəkətlərinin arxayınlıqla davam etdirib istədiyi məhbusa qarşı qəddarlıq
edəcəyi şübhəsizdir.

Bu günlərdə 12 saylı Cəza Çəkmə Müəssisəsindən
məhbusların dövlət başçısına  müraciət etmələri heç də adi hal deyil.
12 saylı CÇM- də olan dözülməz vəziyyət digər həbsxanalarda
da mövcuddur
. Baxın,
həbsxanada qapalı təcrid olunmuş məhbusların, onların saxlanma rejimindən,
yararsız bişirilmiş qidadan, (həkimin nəzarət etməli olduğu) çörəyin keyfiyyətsizliyindən,
verilən işgəncələrdən, məhbusların yazışmalarına qoyulan məhdudiyyətlərdən və
bir çox digər  qanuna zidd hərəkətlərdən, onların  əlaqədar rəhbərliklərə,
hətta Ombudsmana   çox çətinliklə göndərə bildikləri ərizə və müraciətlər
araşdırılmaq əvəzinə ondan şikayət edilən həbsxana rəisinə qaytarılır. Nəticədə
həmin məhbuslar “qara siyahı”-ya salınır. Şikayət və müraciətlərdə göstərilənlər
təkzib olunur, şikayət edən məhbuslar isə  mənim oğlum kimi saxta
ittihamlarla, işgəncələrlə cərimə təcridxanasına salınır! Hətta karsda  həkim
nəzarətindən məhrum edilmiş vəziyyətdə  saxlanılır.  Çoxsaylı məhbuslar
giposid-c  xəstəliyinə yoluxub. Son zamanlar tez-tez məhbus ölümü xəbəri
alırıq.

Mənim oğlumun həyatına yaradılmış təhlükəni bu
gün adicə taxta parçasının pencərənin bağlanmaması üçün qoyduğunu, Prezidentə əfv
ərizəsinin göndərilməsi üçün  ərizənin yazılmasını digər məhbuslara bildirməsinə
görə, hazirda havaların isti keçdiyi bir zamanda, ürəyində  problem olan
oğlumun,  15 sutka karsa salınması, hər dəqiqə onun həyatına qəsdən
yaradılmış təhlükədir! Hər hansı məhbus  saxlanma rejiminin, qida və çörəyin
yararsız halda olduğunu, həkim nəzarətinin yox dərəcədə olması və bir çox digər
qanunazidd hərəkətlər  barədə hörmətli Ədliyyə Nazirliyinə, Penitensiar
Xidməti rəisinə çoxsaylı məhbusların, biz valideyinlərin   müraciətləri də,”araşdırılması
üçün” ondan şikayət etdiyimiz həbsxana rəisinə qaytarılır.  Həbsxana
rəisi isə məsuliyyət daşımayacağına  arxayınlıqla tabeliyində olan nəzarətçilərin
vasitəsilə, istədiyi sənəd tərtib etdirir və  bu halları təkzib edir.
 Qapalı saxlanılan məhbuslar isə şikayyətlərini faktlarla sübut etməkdən məhrumdurlar!
Heç bir məhbusa onlar barəsində həbsxana rəisinin qərarının surəti verilmir ki,
qərardan şikayət edə bilsinlər! Məhbus yaxınları görüşdən çıxanda da ciddi
yoxlanılaraq, bizdən ancaq ərizə və yaxud müraciətləri axtarırlar!  Həbsxanadan
 son zamanlar tez-tez məhbus ölümü barədə xəbərlər eşidirik!. 12 saylı CÇM-dən
dövlət başçısına məhbusların müraciətində göstərilənlər bir çox məqamlar
Qobustan həbsxanasında daha qəddarlıqla davab etdirilir, lakin məhbuslar
 belə müraciətdən məhrum ediliblər. Onların Ədliyyə nazirinə, hətta dövlət
başçısına müraciətləri həbsxana rəisi tərəfindən şəxsən senzuradan keçirilir və
ünvanlara göndərilmir! Bizim məhbus yaxınlarının dövlət başçısına
faktlarla müraciət etməyə kifayət qədər sübut və dəlillərimiz var. 

Mən dövlət başısına müraciət edirəm,
 Qobustan həbsxanasında məhbuslara qarşı on illərlə davam edən insan ləyaqətini
alçaldan işgəncələrə, əsasən dövlət başçısına, Ədliyyə nazirinə müraciət etdiklərinə
görə, həbsxana rəisi tərəfindən, tabeliyində olan personal vasitəsi ilə istədiyi
saxta ittihamlar tərtib etdirərək, həyati vacib sənədlərinin yararsız hala
salaraq, (əsasən  imkansız məhbuslara qarşı) qəddarlıqların qarşısının
alınmasına, məhbusların təqib olunmadan Sizə, Ədliyyə nazirinə, əlaqədar rəhbərliklarə
sərbəst  müraciət etməsi üşün şərait yaradılmasına göstəriş verməyinizi
xahiş edirəm! Mənim oğlum Rzaxanov Şakir Hacımurad oğlu məhz bu səbəbdən mütəmadi
cəzalandırılaraq, sənədləri yarasız hala salınır. Məhbusların həqiqətən
 islah olunmalarına kölgə salaraq, dövlət başçısı tərəfindən onların (əsasən
mənim oğlum kimi imkansız məhbusların) bəlkə də bir zaman, bağışlanaraq,  əfv
olunaraq cəzalarının yüngülləşdirilmələrinin qarşısı həbsxana rəisi tərəfindən
qərəzlə  alınır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8290

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031