Respublika Veteranlar Təşkilatı yazılanları təkzib edir

24.11.2016 - 15:46

rrSon günlər Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurası ilə bağlı saytımızda yazılar dərc olunur. Bu qurumda baş verənlərlə bağlı cumhuriyyet.az olaraq bizə daxil olan məlumatları oxuculara təqdim etmişik. Məsələ ilə bağlı cumhuriyyet.az olaraq qarşı tərəfin mövqeyini də verməyə hazır olduğumuzu açıqlamışdıq. eləliklə KİV haqqında Qanuna uyğun olaraq yazılan məlumatlarla bağlı
qarşı tərəf olaraq redaksiyamızın elektron poçtuna göndərilən məktubu olduğu kimi diqqətinizə çatdırırıq:

“Respublika Veteranlar Təşkilatının Nizamnaməsinə uyğun olaraq 2016-cı ildə yerli təşkilatlardan seçilmiş nümayəndələrin iştirakı ilə keçirilən növbəti Plenum ərəfəsində və ondan sonra tirajlanan yalan və böhtan xarakterli məlumatlar bir daha göstərdi ki, saytın məqsədi öz missiyasına uyğun olaraq cəmiyyətə obyektiv informasiyalar çatdırmaq yox, ölkədə yüksək nüfuza malik olan Təşkilatın fəaliyyətinə kölgə salmaqdır. Böhtançılıq missiyasına sadiq qalan sayt hətta Təşkilatın sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayevin Plenumdan öncə öz iş otağında bir qrup veteranla görüşməsini də (bunu 22-23 noyabra aid KİV məlumatları təsdiq edir) şübhə altına alıb. Halbuki, böhtançılara həm bu fakt, həm də Təşkilata ayrılan vəsaitin xərclənməsi ilə bağlı faktlar yaxşı məlumdur (əks halda sədr müavini C.Xəlilovun 19 noyabr 2016-cı ildə AzərTAc-da yayılmış və “Respublika” qəzetində dərc edilmiş müsahibəsindən xəbərsizlik sayt əməkdaşlarının peşəkarlığına şübhələri artırardı). Yaxud əvvəlki sayıqlamalarında tirajladıqları “sədr dəyişikliyi ilə bağlı” yalanların təsdiqini tapmaması. Böhtançılara və Plenumun işinə qatılan “mənbələri”nə də məlum olduğu kimi Plenumda Təşkilatın 2016-cı ildəki fəaliyyəti və növbəti il qarşıda duran vəzifələr müzakirə olundu.

Yalan və böhtanlarının hər dəfə faktlarla ifşasının cumhuriyyet.az-ı pis vəziyyətə salmasının günahkarlarına gəlincə, biz cavabımızla həmin şəxslərə layiq olmadıqları diqqətin göstərilməsinə yenə lüzum görmürük. Yalnız onu bildiririk ki, Təşkilatın sabiq əməkdaşı Kamal Əliyev vəzifə səhlənkarlığına və işdə yol verdiyi digər nöqsanlara (lazım gələrsə, açıqlaya bilərik) Təşkilatın sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev tərəfindən işdən çıxarılıb. Guya mövqelərinə isnad edilən veteranlara gəlincə, adları həmin çəkilən həmin şəxslər bizimlə əlaqə saxlayaraq yazılanları təkzib edir, cumhuriyyet.az, yaxud digər sayta hər hansı məlumat vermədiklərini, onların adından yazılanların yalan olduğunu bildirirlər.

Bir daha qeyd edirik ki, qarayaxma kompaniyası aparanlar və dəstəkçiləri əmin olsunlar ki, Respublika Veteranlar Təşkilatı bütün iş istiqamətləri üzrə fəaliyyətini inamla davam etdirir və keçirdiyi tədbirlərin əhatə dairəsini günbəgün genişləndirir. Böhtan və yalanları tirajlayanları düz yola dəvət edir, onlara Respublika Veteranlar Təşkilatı ətrafında əsassız şayiələr yaymaqdan uzaq olmağı, veteran hərəkatına layiqincə xidmət göstərən insanların dəyərli vaxtlarını kimlərinsə əsassız iddiaları və hədyanları ilə almamağı tövsiyə edirik. Biz veteran təşkilatı olaraq KİV-lə münasibətləri başqa müstəvilərə çıxarmağı özümüzə rəva bilmirik. Ancaq şərəfli həyat yolu keçmiş və bu gün də xalqına, dövlətinə layiqincə xidmət edən zabitlərimizin ünvanına böhtan yağdıranlar başqa seçim qoymurlar.

Respublika Veteranlar Təşkilatı bir daha bəyan edir ki, öz fəaliyyəti, yaxud ona aidiyyatı olan istənilən məsələ ilə bağlı mediaya daim açıqdır və biz özümüzə dost hesab etdiyimiz KİV nümayəndələrindən yalnız obyektiv məlumat gözləyirik.

Respublika Veteranlar Təşkilatının İctimaiyyətlə əlaqələr şöbəsi”.

Biz qarşı tərəfin mövqeyini dərc etdik. Bu mövqedə əks olunan fikirlərin peşəkarlığını isə hər kəsin öz vicdanının öhdəsinə buraxırıq….

Short URL: http://www.cumhuriyyet.net/?p=82904

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31