Saatlı sakini ölümlə hədələndi
İqtisad universitetinin professoru iş
adamını aldadaraq mehmanxana ASCyə necə sahib olub?
Vətəndaşların
daşınmaz əmlakla bağlı hüquqlarının mütamadi olaraq pozulması bu günkü
günümüzün ən aktual problemlərindən biridir. Xüsusi ilə də məmurların və
onların havadarlıq etdiyi şəxslərin özbaşına və qanunsuz əməlləri əyalətər də
özünü qabarıq şəkildə göstərir. Məmurların çirkin əməllərinin girovuna çevrilən
vətəndaşlardan biri də Saatlı sakini Malik Süleymanovdur.
Üzləşdiyi
problemlə bağlı cumhuriyyet.az-a danışan M.Süleymanov deyir ki, yaşadığı bu
məmləkət sanki məmurların maraqları və şəxsi istəkləri ilə idarə olunur. Belə
ki, sözünə davam edən həmsöhbətim deyir: “1999-cu ildə Saatlıda yerləşən
mehmanxana ASC-nin 2006-cı il alqı satqı müqaviləsinə əsasən mənim tam
mülkiyyətimə keçmişdir mehmanxana köhnə olduğuna görə təmirə ciddi ehtiyac var
idi. Əlimdə nəğd pulum olmadığı üçün kredit götürmək qərarına gəldim. Bir yaxın
tanışımın vasitəsi ilə üz tutdum Məmmədov Müqabil Novruz oğluna. O, da məndən
bir neçə vəkalət eyni zamanda mehmanxanya aid olan sənədləri aldıqdan sonra
təmir üçün kredit götürdüm. Elə qara günlərimdə demək olar ki, bundan sonra
başladı. Sən demə məndən xəbərsiz M.Məmmədov öz çirkin əməllərini həyata
keçirirmiş. Bakı Dövlər İqtisad universitetinin professoru olan bu adam elmi
işlətlə məşğul olmaq əvəzinə mehmanxana sənədlərini əlində olmasından sui
istifadə edərək hans ki, broker xidməti göstərən Azərintertreyd MMC vasitəsi
ilə mənə məxsus səhmləri Azərmülk MMC-yə satıb. Azərmülk MMC də ki, öz
növbəsində dırnaqarası professor M.Məmmədovla gizli iş birliyinə gedərək mənə
və ailəmə məxsus mehmanxananı qanunsuz yolla öz mülkiyyətinə keçirdir”.
M.Süleymanov
əlavə olaraq cumhuriyyet.az-a bildirib ki, M.Məmmədov hal hazırda Azərmülk MMC-nin
rəhbəridir. Onun belə çirkin əməlləri ilə bağlı döymədiyi elə bir qapı
qalmayıb. Ötən ilin noyabr ayından nə gecəsi var nədə ki, gündüzü. Daxili işlər
nazirliyinin baş içtimai təhlükəsizlik idarəsinə baş prokrorluğa korrupsiyaya qarşı
mübarizə idarəsinin rəisi Kamran Əliyevə hətda milli təhlükəsizlik nazirliyinə
də çoxsaylı müraciətlər ünvanlayıb. M.Məmmədov onu susdurmaq üçün döyəcəyi və
əgər bu bir nəticə verməzsə əks təqdirdə öldürəcəyi ilə hədələyib. BU barədə də
adiyyəti qurumlara məlumat verib. Amma gəl ki, nə fayda? Cinayətkarlara qarşı
mübarizə aparmalı olan eyni zamanda vətəndaşların təhlükəsizliyinə bilavasitə
cavabdeh olan orqanlar əksinə M.Məmmədovun rekert əməllərinin üstünü örtbastr
etməyə çalışırlar. Onu da bildirək ki, M.Məmmədovun bu kimi qanunsuz əməlləri
heç də birinci hal deyil. Gəncə və eləcə də digər rayonlarda mehmanxanaları ələ
keçirtdiyi ilə bağlı da redaksiyamıza məlumatlar daxil olub. Növbəti
saylarımızda mövzuya qayıdacağıq…
Rasim
Short URL: http://www.cumhuriyyet.net/?p=8291