Ermənilər sneyperlərimizin qorxusu altında
“Sərhəddəki son insidentlər bizi dərindən narahat
edir. Bu istiqamətdə (Naxçıvanla sərhəddə bir gündə iki erməni hərbçisinin
öldürülməsi nəzərdə tutulur – red.) ilk dəfədir ki, belə hallar baş verir və
insan itkiləri olur”. Erməni internet portallarından
birinə müsahibəsində Ermənistanın hakim partiyasının deputat fraksiyasının üzvü
Koryun Naapetyan dediyi bu fikirləri “Musavat.com” yayıb. K.Naapetyan Naxçıvan
istiqamətində baş verən atəşkəs pozuntularını Ermənistanın geosiyasi
inteqrasiya prosesləri ilə bağlayıb:”Cəbhə xəttindəki son insidentlər təkcə Ermənistan Silahlı qüvvələrinin
sayıqlığını yoxlamaq məqsədi güdmür, həm də regionda Ermənistanın da iştirakı
ilə gedən müxtəlif geosiyasi və inteqrasiya prosesləri ilə bağlıdır”.
Erməni deputatın fikrincə, keçmişdə də güllə səsləri eşidilib, ancaq son
illər ərzində bu cür insidentləri xatırlamıram. Biz dəfələrlə məsələni qaldırmışıq, ancaq Azərbaycan
snayperləri sərhəddən yığışdırmır. Naapetyan
məsələni NATO Parlament Assmbleyasının iyunun 16-18-də Bakıda keçiriləcək “Roz
Rot” seminarında qaldıracağını söyləyib: “Nümayəndə heyətinin rəhbəri kimi
Bakıda mən mütləq son insidentə də diqqət yönəldəcəyəm”.
Xatırladaq
ki, Azərbaycan və Ermənistan təmas xəttində, Qarabağ istiqamətində atəşkəs
vaxtaşırı pozulsa da, Naxçıvan istiqamətində atəşkəsin pozulması kifayət qədər
ciddi hadisə sayılır. Ancaq yada salaq ki, Naxçıvan istiqamətində ilk incident
iyunun 2-də baş verib. Həmin gün erməni snayperin açdığı atəş nəticəsində Azərbaycan
əsgəri Zaur Həsənov şəhid olub. Azərbaycan yalnız iyunun 5-də pozulan atəşkəsə
reaksiya verib və 2 erməni əsgəri öldürülüb.
Buna
baxmayaraq, ermənilər Naxçıvan istiqamətində atəşkəsin Azərbaycan Silahlı
Qüvvələri tərəfindən pozulduğunu iddia etməkdə və bunu beynəlxalq təşkilatların
nəzərinə çatdırmaqdadırlar. Azərbaycan mediasının yerli mənbələrə istinadla
ermənilərin Naxçıvan istiqamətində atəşkəsi pozması və ya hücumu barədə
xəbərləri isə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti birmənalı olaraq
təkzib edir. Azərbaycan tərəfi həmçinin son bir həftə ərzində atəşkəs pozulan
istiqamətlərdə Naxçıvanın adını bircə dəfə də qeyd etməyib – baxmayaraq ki,
iyun 2-də əsgərimiz Zaur Həsənov məhz Naxçıvanda şəhid olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=8293