Suriyadakı azərbaycanlılardan Azərbaycana hədə

09.06.2014 - 08:27

Suriyada döyüşən Azərbaycandan olan vəhhabilər daha bir iyrənc və təhqir dolu kampaniyaya start veriblər.

 

Suriyada döyüşən Azərbaycandan olan vəhhabilər daha bir iyrənc və təhqir dolu kampaniyaya start veriblər
 
Onlar
dövlət tərəfindən verilmiş pasportlarını nümayişkəranə şəkildə
cırıblar. Sosial şəbəkələrdə yayılmış məlumatlara görə, bu dəfə radikal
dini cərəyanın nümayəndələri Azərbaycan pasportlarını kütləvi şəkildə
cırmağa başlayıblar.
Həmin məlumatda vurğulanır
ki, Yəhya əl-Azəri adlı şəxsin profilində yayımlanmış fotoda da
Azərbaycan pasportlarının cırıldığı əks olunub. Üstəlik onlar fotonun
altından belə bir söz də yazıblar: “Allaha həmd olsun. Tağutun saını
təsdiqləyən sənədləri belə cırdıq”. 
Yəhya
əl-Azəri Suriyada döyüşən azərbaycanlı vəhhabilərin komandiri olub və
bir müddət əvvəl döyüşlərdən birində öldürülüb. Hazırda isə onun
profilini həyat yoldaşının istifadə etdiyi ehtimal olunur. Çünki yazılan
statusların bir çoxunda “ərim öldükdən sonra” sözlərinə rast gəlinir. 
Qeyd
edək ki, vəhhabilərin bu hərəkəti açıq şəkildə Azərbaycana qarşı üsyan
deməkdir. Üstəlik, bu həm də Azərbaycana dövlətinə xəbərdarlıq kimi başa
düşülür. Belə ki, vəhhabilər bununla Azərbaycan adlı dövlət
tanımadıqlarını və zamanı çatdıqda onlara qarşı da döyüşəklərini nümayiş
etdirirlər. Burada maraqlı nüans odur ki, vəhhabilər hədəf olaraq,
təkcə Azərbaycan dövlətini deyil, eyni zamanda xalqı da hədəfə alırlar.
Onların əqidəsinə görə, şiələr kafirdilər və onların malı, canı və
namusu vəhabilərə halaldır. /Jam.az/
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8297

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031