Əfv ərizəsi yazan NİDA-çı vəkili ilə görüşdən imtina etdi
Fariz Namazlı: “Bəxtiyar Quliyev könüllü olaraq bu ərizəyə imza atıb”
Eks-NİDA
üzvü Bəxtiyar Quliyevin əfv ərizəsi və prezidentə müraciət
ünvanlamasıdan sonra ictimai sektorda müzakirə davam edir. B.Quliyevin
vəkili Fariz Namazlı iyunun 7-də onunla görüşmək üçün Bakı İstintaq
Təcridxanasında olub. B.Quliyev onunla görüşdən imtina edib. Vəkil
bizimlə söhbətində bu barədə danışdı.
Təcridxana rəisinə ərizə yazaraq vəkillərindən imtina edib və onlarla
görüşmək istəmədiyini bildirib. Həmçinin onun qaldığı korpusun
“starşina”sına da deyib ki, vəkillər məni çağırsa, getməyəcəm.
Məncə, yox. Çünki biz istintaq otağında olanda nəzarətçilər
“starşina”ya zəng edib deyirlər ki, filankəsi vəkilə hazırla. Yəni vəkil
adı çəkmirlər. Əgər Bəxtiyarın vəkili olsaydı, “starşina”
dəqiqləşdirərdi ki, hansı vəkil?
bəy, hüquqi baxımdan Bəxtiyarın bu hərəkətini necə dəyərləndirmək olar?
Yəni sizin razılığınız olmadan müqavilənin şərtlərini pozması mümkündür?
Hüquq pozuntusu deyil. Təqsirləndirilən şəxs istənilən vaxt
müdafiəçidən imtina edə bilər. Amma imtina məhkəməyə bildirilməlidir.
Təcridxana rəisinin bu kimi məsələləri həll etmək səlahiyyəti yoxdur.
Ona qalsa, təcridxanada saxlanılan hansısa şəxs rəisə ərizə yaza bilər
ki, mən filankəsi vəkil istəyirəm, onu mənim yanıma buraxın. Təbii ki,
rəis belə şey edə bilməz. Prosedur qaydaları var. Bəxtiyarın adından
onun müdafiəçiləri apelyasiya şikayəti verib. Bəxtiyar müdafiəçilərinin
verdiyi apelyasiya şikayətindən imtina edə bilər. Bu halda o, işə baxan
apelyasiya məhkəməsinə ərizə ilə müraciət etməlidir ki, mən
müdafiəçilərimin verdiyi apelyasiya şikayətindən mənimlə bağlı hissədə
imtina edirəm, çıxarılan hökmlə razıyam. Eyni zamanda məhkəmə iclasında
iştirak etmək istəməməsini də bildirə bilər. Amma işə baxan apelyasiya
məhkəməsi onun iştirakını zəruri hesab edərsə, onun gətirilməsinə qərar
verə bilər.
Bu, o halda ola bilər ki, apelyasiya məhkəməsində işə məhkəmə istintaqı
keçirilməklə baxılsın, təqsirləndirilən şəxslərin dindirilməsinə
ehtiyac yaransın. Amma Bəxtiyar hətta məhkəməyə gətirilsə, ifadə verməyə
də bilər, çünki susmaq onun hüququdur.
Baxmayaraq ki, prezidentə ərizəsində hansısa əməllərdən peşman olduğunu
yazıb, bu ifadələr hazırkı işdə digər təqsirləndirilən şəxslərə qarşı
istifadə oluna bilməz. Çünki o, prezidentə ünvanlanıb. Əgər Bəxtiyar
analoji məktubu məhkəməyə də ünvanlasa, o zaman onun məhkəmədə
iştirakını biz tələb edəcəyik.
Yox, valideynləri ilə danışmamışam. Təcridxanada kiməsə təzyiq
edildiyini güman etmirəm. Bəxtiyar özü könüllü olaraq bu ərizəni yazıb.
Təbii ki, yazılan fikirlər ona məxsus deyil, ona diktə olunub. Amma
istənilən halda Bəxtiyar könüllü olaraq ərizəyə imza atıb. Onu da qeyd
edim ki, Rəşadəti (Axundov) demək olar ki, hər gün təcridxana rəhbərliyi
çağırır, ona bu cür ərizə yazmaq təklif olunur. Amma o, birmənalı
olaraq bundan imtina edir, eynilə digər uşaqlar da imtina ediblər.
Məqsəd iradələrini sındırmaq, gəncliyin gözünü qorxutmaqdır. Göstərmək
istəyirlər ki, sizin əqidə yoldaşlarınız sizi tez bir zamanda sata
bilər.
Short URL: http://www.cumhuriyyet.net/?p=8299