Tanınmış jurnalist Rusiya fəlakətlərindən yazdı

09.06.2014 - 08:54

“Rusiyanın ali rəhbərliyinin bütün dünya qarşısında həyasızlığını izləmək olduqca acınacaqlı, ağrılı və təəssüfedicidir”

 
Yevgeni Kiselyov: “Bu ölkənin Tolstoyun, Çexovun, Dostoyevskinin ölkəsinə dəxli yoxdur”

Rusiyanın Krımı işğalı, həmçinin Ukraynanın cənub-şərqində
separatçılara dəstək verməsi ölkənin tanınmış şəxsləri arasında
narazılığı getdikcə artırır. Bu münaqişənin Rusiyaya daha çox ziyan
vurduğunu etiraf edənlərin də sayı çoxalır. 

Tanınmış rusiyalı jurnalist, hazırda Kiyevdə yaşayan Yevgeni Kiselyov
baş verənləri şərh edərkən artıq bunun üçün söz tapmadığını deyir.
Jurnalist ondan şərh gözləyənlərə cavab olaraq bildirir ki, ən azı
Rusiyada baş verən hadisələrlə bağlı fikir bildirməyə çətinlik çəkir.
Çünki artıq bu hadisələri izləməkdən yorulub. 

Hərbi-patriotik isterika

“Etiraf edim ki, yaşadığım Kiyevdən Rusiyada baş verənləri getdikcə
daha az izləyirəm – sadəcə özümü buna məcbur edə bilmirəm. Rusiya
Federasiyası əhalisinin hərbi-patriotik isterikasının necə davam etdiyi
barədə növbəti xəbərlər eşitmək, ölkədə ictimai həyatın sürətlə sovet
dövrünün ən pis nümunələrinə axmaq parodiyaya çevrildiyini görmək,
Rusiyanın ali rəhbərliyinin bütün dünya qarşısında həyasızlığını izləmək
– bu olduqca acınacaqlı, ağrılı və təəssüfedicidir”,- deyə yazar qeyd
edir. 

Onun sözlərinə görə, yalnız arada iti və dürüst ifadə olunmuş fikirlərin əks olunduğu hər hansı məqalə sevindirir. 

Məsələn, “NewTimes” nəşrində Viktor Şenderoviçin hazırkı Rusiyanın
XIX əsrin sonu – XX əsrin əvvəlinə aid rus mədəniyyəti ilə heç bir
əlaqəsinin olmadığı fikri doğru idi. Bu ölkənin Tolstoyun, Çexovun,
Dostoyevskinin ölkəsinə dəxli yoxdur. Necə ki, sakinlərinə bütün rəğbətə
baxmayaraq müasir Yunanıstanın böyük qədim yunan sivilizasiyası ilə
əlaqəsi yoxdur. Böyük rus keçmişinin Parfenonu on illiklərlə irsi məhv
edilən ölkə üzərində uçur. Nəticədə bu gün bütün bunları məhv edənlərin
varisləri və pərəstişkarları şadyanalıq edir. 

Çekist gülləsi

“Şenderoviçin daha bir metaforasını çox bəyəndim. O yazır ki, Turbin
qardaşlarını Şoyqunun rəhbərliyi altında təsəvvür etmək çətindir. Ancaq
elə ordaca tarixin həqiqətləri yada düşür. Trotskinin rəhbərliyi altında
Qızıl Orduya Şenderoviçin də adını xatırlatdığı general Brusilov –
Birinci Dünya Müharibəsində rus ordusunun ən məşhur hücum əməliyyatının
baş qəhrəmanı, müvəqqəti hökumətin sonuncu hərbi naziri general
Aleksandr Verxovski, görkəmli hərbi tarixçi və nəzəriyyəçi general
Zayonçkovski, tanınmış memuar yazarı, Parisdəki rus hərbi attaşesi
general qraf Iqnatyev və çar ordusunun dörd yüzə yaxın yalnız generalı
keçdi. Ağ hərəkatda iştirakı qırmızılara xidmətə dəyişən zabitlərin sayı
isə yüzlərlər kitab vərəqi tutur. Təəssüf ki, fəhlə-kəndli Qızıl
Ordusunda onların sayı Kolçak, Denikin, Yudeniç və Vrangelin birlikdə
zabitlərininin sayından çox idi. Bu isə, necə deyərlər, çox şeyi izah
edir. Doğrudur, öz xülyalarına görə onların ödədiyi qiymət çox baha oldu
– demək olar, hamısının ölüm tarixi 30-cu illərə təsadüf edir. Səbəbi
isə – boynunun ardından vurulan çekist gülləsidir. 

Ancaq yenə də Bulqakovun “Ağ qvardiya”sının qəhrəmanlarını Şoyqunun rəhbərliyi altında təsəvvür etmək çətindir”. 

Kiselyov sonda – müəyyən nikbinlik yaratmaq üçün – müasir dünyanın ən
tanınmış və nüfuzlu jurnalistlərindən biri, “New Üork Times” nəşrinin
icmalçısı Tomas Fridmanın yazdığına nəzər salmağı vacib bilir.

Putinin təhlükə yaratdığı ölkə

Fridman yazırdı: “Putinin Krımı zəbt etməsi Rusiya iqtisadiyyatını
zəiflətdi, Çinə Rusiya ilə özü üçün ağlasığmaz dərəcədə sərfəli qaz
anlaşması imzalamağa yardım etdi, NATO-nu dirçətldi, avropalıları Rusiya
qazından azarlı asılılıqla mübarizəyə başlamağa məcbur etdi, bütün
Avropada hərbi xərclərinin artırılmasının vacibliyi ilə bağlı
müzakirələrə səbəb oldu. Əla işlədin, Vladimir!”. 

Tomas Fridman sonda qeyd edir ki, məhz buna görə o, Putinin ən çox
Rusiyaya ziyan vurduğunu düşünür: “Bu gün Putinin ən böyük təhlükə
yaratdığı ölkə məhz Rusiyadır”.

Azadlıq.info

Short URL: http://www.cumhuriyyet.net/?p=8301

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31