Oqtay Şirəliyevin işdən çıxarılması planlaşdırılır

09.06.2014 - 08:57
Səhiyyə Nazirliyinin başına Əhliman Əmiraslanovun gətiriləcəyi barədə məlumatlar var

Səhiyyə naziri Oqtay Şirəliyevin tutduğu vəzifədən azad edilməsi
gündəmə gəlib. “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki,
hakimiyyətdə Oqtay Şirəliyevin Azərbaycan Tibb Universitetinin rektoru,
deputat Əhliman Əmiraslanovla əvəzlənməsi müzakirə mövzusudur.
Bildirilir ki, Hesablama Palatasının səhiyyə ocaqlarında apardığı
yoxlamalar nəticəsində korrupsiya hallarına yol verilməsi ilə bağlı
ciddi faktların üzə çıxması və bütün bunların hesabata daxil edilərək
birincə şəxsə təqdim edilməsi Oqtay Şirəliyevin rəqiblərini hərəkətə
gətirib.
Qeyd edək ki, səhiyyə naziri Paşayevlərin kadrı hesab
olunur. Onun “vurulması”nı və yerinə Əhliman Əmiraslanovun təyin
edilməsini istəyən isə Naxçıvan qruplaşmasıdır. Məlumatlara görə,
Əhliman Əmraslanov Qərbi Azərbaycandan olsa da, Naxçıvan qruplaşmasına
sığınıb. Onun xüsusilə Prezident Administrasiyasının rəhbəri Ramiz
Mehdiyevə yaxın şəxs olduğu deyilir. Əhliman Əmiraslanovun oğlu isə
Naxçıvan qruplaşmasının başqa bir nüfuzlu təmsilçisi fövqəladə hallar
naziri Kəmaləddin Heydərovun müavinidir.

Iddialara görə, Oqtay Şirəliyevin tutduğu vəzifədən azad edilməsini
istəyənlər Hesablama Palatasının hesabatında əks olunan faktları əsas
gətirirlər. Yeri gəlmişkən, bu faktların bir qismi “Azadlıq”da da dərc
olunub. Həmin faktlardan bəzilərini yenidən xatırladırıq: “…Auditin
nəticələrindən məlum olur ki, şəkərli diabet üzrə proqramın icrası
zamanı bəzi hallarda bu xəstəliyə tutulmuş şəxslərin resept əsasında
pulsuz aldıqları dərman preparatlarının, inyeksiya və özünə nəzarət
vasitələrinin dəyərinin ödənilməsi ilə bağlı qaydalara əməl olunmayıb.
Nəticədə Mərkəz tərəfindən respublikanın bölgələrində yerləşən tibb
müəssisələrinə insulin və digər şəkərsalıcı dərman preparatları verilib,
dövlət proqramında şəkərli diabet xəstələri üçün qlükometrlərin alışı
nəzərdə tutulsa da, bu tədbir eyni zamanda dövlət büdcəsinin
mərkəzləşdirilmiş xərcləri hesabına da həyata keçirilib, 2013-cü ildə
isə mərkəzləşdirilmiş xərclərdən alınmış qlükometrlərin şəkərli diabet
xəstələrinə paylanması təmin edilməyib və audit dövrünün sonuna Mərkəzin
anbarında saxlanılıb…
…Qanın, qan komponentlərinin donorluğu və
qan xidmətinin inkişafına dair dövlət proqramının icrası üçün alınmış
həm tibbi təyinatlı vasitələrin, eləcə də tibbi avadanlıqların il
ərzində proqramın icrasını həyata keçirən müəssisələrə vaxtında
paylanması təmin edilməyib, dərman preparatları anbarda saxlanılaraq
səmərəli istifadə edilməyib, hemofiliya və talasemiya xəstələrinin
registri yaradılmayıb, müalicə vasitələrinə olan tələbatın təmin
edilməsi və xəstələrə çatdırılma mexanizmi hazırlanmayıb…
…Bəzi
avadanlıqların təmirinə ayrılmış vəsaitin məbləği yeni avadanlığın
(sistemin) qiymətinə uyğun olub, görülmüş işlərin tərkibində eyni
işlərin təkrar olunmasına baxmayaraq qiymət fərqi üzrə artıq vəsait
ödənilib…
M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında
istismar olunan rentgen aparatı zavodun mütəxəssisləri tərəfindən təmir
olunduğu və bu məqsədlə vəsait ödənildiyi halda, ondan bir neçə ay sonra
aparatın yararsız olması barədə müvafiq akt tərtib edilib, avadanlıq
sökülərək istismardan çıxarılıb və bu işlərə görə, habelə avadanlıq
istismardan çıxarıldıqdan sonra texniki rəyə görə də əlavə vəsait
ödənilib. Balansdan silinmiş əsas vəsaitlərin söküntüsündən əldə edilən
yararlı ehtiyac hissələri, detallar və digər materiallar müvafiq
komissiya tərəfindən cari bazar dəyəri ilə qiymətləndirilməyib və
müvafiq hesabda uçota alınmayıb…
…Dövlət Büdcəsinin
mərkəzləşdirilmiş xərclərindən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat,
Mamalıq və Genikologiya Institutuna ayrılan vəsaitlərin icrasının auditi
aparılıb. Nəticədə bir sıra nöqsanlar və yeyintilərin olduğu aşkar
edilib və 4890,0 manat dövlət büdcəsinə qaytarılıb.
Səhiyyə
Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına ayrılan
vəsaitlərin proqnozlaşdırılması və icrasının auditi nəticəsində
nöqsanlara yol verildiyi aşkarlanıb…”
Məlumata görə, hətta Paşayevlərin də bu hesabatın qarşılığında Oqtay Şirəliyevi müdafiə etməkdə aciz duruma düşüb.
Qeyd
edək ki, hələ bu hesabat ictimailəşəndə belə məlumatlar yayılmışdı ki,
Oqtay Şirəliyevin karyerasına son qoyula bilər. Görünür, bu məlumatlar
əsassız deyilmiş.

Azadlıq.info

Short URL: http://www.cumhuriyyet.net/?p=8302

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31