Zakir Həsənov istefa ərizəsi yazıb
Müdafiə naziri haqda şok iddia
;
Nazir Rusiyaya yaxın generalların öhdəsindən gəlmək üçün prezidentdən
kömək istəyib; Baş Qərargah rəisi Nəcməddin Sadıqovla ordu rəhbərinin
dostluğu niyə uzun çəkmədi?..
komandanı, general-polkovnik Zakir Həsənov müdafiə naziri kürsüsünə
təyin olunandan sonra bir sıra islahatlara, kadr dəyişikliklərinə
başladı. Ordunun daha da güclənməsi, müşahidə olunan neqativlərə son
qoyulması yeni nazirdən cəmiyyətin əsas gözləntiləri idi.
müdafiə naziri təyinatından sonrakı ilk aylarda tez-tez cəbhə
bölgələrindəki hərbi hissələrə getməsi və bu səfərlərdə naziri baş
qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun müşayiət etməsi
cəmiyyətdə “nəhayət, Azərbaycan ordusundakı uzun illərdir hökm sürən
müdafiə naziri-Baş Qərargah rəisi qovğasına son qoyuldu” fikrini
yaratmışdı.
görünür ki, yeni nazirlə Nəcməddin Sadıqovun dostluğu uzun çəkməyib.
Müdafiə Nazirliyindəki ənənəvi problem son vaxtlar yenidən baş qaldırıb.
Buna səbəb isə Zakir Həsənovun kadr təyinatlarına, digər islahat
xarakterli addımlarına Nəcməddin Sadıqovun aşırı müdaxilə etməsi
göstərilir.
daxil olan məlumata görə, Türkiyə ordu rəhbərliyinə yaxınlığı ilə
tanınan cənab Zakir Həsənov Müdafiə Nazirliyi strukturlarında mühüm
vəzifələrə əsasən qardaş ölkədə hərbi təhsil almış və NATO sistemini
bilən gənc zabitlərin yerləşdirilməsini həyata keçirməyə çalışır.
Nazirin bu planının həyata keçməsinə başda Baş Qərargah rəisi Nəcməddin
Sadıqov olmaqla Rusiyaya yaxınlığı ilə tanınan generallar mane olurlar.
aylarda Müdafiə Nazirliyi sistemində Rusiyaya yaxınlıq ilə tanın
generalların məhz Baş Qərargah rəisinin göstərişi ilə ciddi hərəkətə
keçdiyi də verilən xəbərlər sırasındadır.
vurğulanır ki, Rusiyaya yaxınlığı ilə seçilən yüksək rütbəli hərbçilərin
sıraları Müdafiə Nazirliyində o həddə genişlənib və təsir imkanları o
dərəcədə artıb ki, nazirliyə Daxili Qoşunlardan gəlmiş general Zakir
Həsənovun iradəsindən kənar prosesləri həyata keçirə bilirlər.
isə ordudakı problemlərə son qoymaq, Azərbaycan ordusunu NATO
standartlarına tam uyğun gələn ordu səviyyəsinə qaldırmaq üçün gələrkən
nəzərdə tutduğu planları gerçəkləşdirməkdə çətinlik çəkir. Onun bu
planları çox ciddi maneələrlə qarşılaşır.
etdiyi şok informasiyaya görə, Zakir Həsənov normal islahatlar
keçirməsinə ciddi əngəllər yaradıldığı, bir sıra hallarda sapotajla
üzləşdiyi barədə artıq Ali Baş Komandan İlham Əliyevə şəxsən məruzə
edib. Mənbənin dediklərinə inansaq, general-polkovnik prezidentə belə
vəziyyət davam edəcəksə, ona mane olan qüvvələr
zərərsizləşdirilməyəcəksə, nazir vəzifəsində qalmağının mənasız olduğunu
və istefasının qəbul olunmasını xahiş edib.
iddia edir ki, Nəcməddin Sadıqovun Baş Qərargah rəisi vəzifəsindən
çıxarılacağı barədə təxminən iki həftə əvvəl mediaya sızan informasiya
da təsadüfi deyil. Həmin informasiya məhz Zakir Həsənovun İlham Əliyevə
sözügedən məruzəsindən dərhal sonra mediaya sızıb. Bu isə nazirin
prezidentdən dəstək və hansısa ciddi mesaj aldığı barədə ehtimalları
irəli sürməyə əsas yaradan nüans sayıla bilər.
qeyri-iş günü olduğundan Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə
yarada və deyilənlərlə bağlı mövqelərini ala bilmədik. Müdafiə
Nazirliyinin, nazir və Baş Qərargah rəisinin də mövqeyini dərc etməyə
hazırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=8308