Elçibəyin qardaşından maraqlı açıqlamalar
“Elçibəyə xəyanət edənlərdən
cəzalanmayan cəmi bir nəfər qalıb”

cəzalanmayan cəmi bir nəfər qalıb”; Oqtay Qasımov: “Surət Hüseynov nə
Allah qarşısında, nə də ədalət qarşısında tam cəzasını alıb”
Sabiq
prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev “Gündəlik teleqraf”
qəzetinə müsahibəsində maraqlı açıqlamalarla çıxış edib. Almurad Əliyev
deyib ki, Əbülfəz Elçibəyə xəyanət edən, onu meydanda tək qoyan, başqa
fikirlərə düşənlərin hamısı cəzalanıb. Ancaq cəzalanmayan cəmi bir nəfər
qalır.
həmin bir nəfərin adını açıqlamaq istəmədiyini bildirib: “Düzdür, indi
vəziyyəti yaxşı deyil, amma əminəm ki, Bəyə xəyanət edənlərin hamısı
cəzasını çəkəcək. Bilirsiniz, Əbülfəz Elçibəy elə adam idi ki, qarışqaya
belə pislik etməzdi. Hətta bilirdi ki, qarşısındakı adam onu sevmir,
imkan olsa, arxadan onu vuracaq, amma yenə də pislik eləməzdi. Ona görə
Əbülfəz Elçibəy Allah adamı idi. Kasıb, pulsuz adamlara hər zaman dayaq
olurdu. Əbülfəz Elçibəy prezidentliyə bir kostyumu ilə gəldi və elə bu
kostyum ilə də getdi. Bunu bütün aləm bilir. Bəyin prezident olmasının
xeyri ölkəyə oldu, qohum-əqrəbasına olmadı. Biz də buna görə peşman
deyilik”.
Əbülfəz Elçibəy prezident olanda evlərinə pul, çoxlu hədiyyələr
gətirildiyini, lakin heç vaxt onları qəbul etmədiklərini də açıqlayıb:
“Biz bunları qəbul etmirdik. Biz şükür edirik ki, Bəy prezident olduğu
bir ildə biz belə məsələlərə qarışmadıq. Bəlkə də, başqa zaman olsaydı,
nələrsə edərdim. Amma bəyin xətrinə bu şeylərdən uzaq olduq. İndi olsa,
qapazdıyaram. Əlbəttə, bunu zarafatla başa düşməlisiniz. And olsun
Allaha, evə pulu çamadanla gətirirdilər. Ancaq biz geri qaytarırdıq. Bəy
kimisə işdən çıxarmışdı, bir çamadan pulla evə gəldi. Ona dedim ki,
pulunu götür get. Bəy bilər, səni işdən həmişəlik çıxarar, bizi də
qırar. Başa saldım ki, Elçibəy başqa adamdır və belə şeylərə çox pis
yanaşır. Bu hadisələrin şahidləri var. Bəlkə də, çamadanla pul gətirən
adam indi də sağdır və Allahı da üstündədir. Biz belə məsələlərdə
şirinlik, hədiyyə kimi halları rədd edirdik. Bilirdik ki, Bəy bilsə,
əsəbiləşəcək. Həm də bizə də belə şeylər yaraşmazdı”.
Elçibəyin prezidentliyi dönəmində və ömrünün sonunadək onun köməkçisi
işləmiş ən sadiq adamı sayılan şəxsin Oqtay Qasımov olduğu bəllidir.
Oqtay Qasımov “Yeni Müsavat”ın “Almurad Əliyevin dedikləri doğrudurmu,
Əbülfəz bəyə xəyanət edənlərin hamısı bir nəfər istisna olmaqla
cəzalarını alıblarmı” sualına belə cavab verib: “Bunlar Almurad bəyin
subyektiv fikirləridir. Təbii ki, xəyanət eləyənlərin bir qismi sonradan
cəzasını aldı. Amma mən düşünürəm ki, haqq elədikləri cəzanı almadılar.
Ən azı Gəncə qiyamında iştirak edib Azərbaycan dövlətinin inkişafına
zərbə vuran, dövlətin inkişafını illərlə geri atan və bu prosesin
nəticəsində ərazilərimizin itirilməsinə səbəb olan, Dağlıq Qarabağ
probleminin ədalətli həlli prosesinə zərbə vuran insanlar, hesab
eləmirəm ki, çox da layiqli cəzalarını aldılar. Onların bir qismi
müxtəlif müddətlərə həbsdə yatdılar. Amma mən düşünmürəm ki, onlar haqq
elədikləri cəzaları aldılar.
Milli Qvardiyanın əsgərləri rəhmətlik Tahir Məmmədovun başçılığı ilə
Gəncə şəhərindən silahsız şəkildə çıxmaq istəyəndə onların avtobusunun
qarşısını kəsib onları gülləbaran edən şəxslər, bu göstərişi verən Surət
Hüseynov, hesab eləmirəm ki, hələ nə Allah qarşısında, nə də ədalət
qarşısında tam olaraq cəzasını alıb. Düşünmürəm ki, Surət Hüseynov tam
olaraq öz cəzasını aldı və bununla da məsələ bitdi. Bizim yaşadığımız
müddətdə yenidən Gəncə hadisələrinə qayıdılacaqsa və hər kəs etdiyi
əmələ görə cəzasını alacaqsa, bu başqa məsələ. Çəkməyəcəksə, təbii ki,
bu, Allahın təqdirinə qalacaq və onlar bu dünyada almadıqları cəzanı o
dünyada çəkəcəklər. Odur ki, mən düşünmürəm ki, Əbülfəz bəyə və əslində
Azərbaycana xəyanət edənlərin hamısı cəzalarını haqq elədikləri qədər
çəkdilər və onlardan yalnız bir nəfər cəzasını çəkməyib”.
bəy Əbülfəz bəyin prezidentliyi zamanı onlara müxtəlif məsələlərin
həlli üçün pul, hədiyyə gətirildiyini və imtina etdiklərini söyləyir.
Prezidentin köməkçisi olaraq sizə də rüşvət, hədiyyə təklifləri
olurdumu” sualına Oqtay Qasımov belə cavab verdi: “Mənə belə təkliflər
olmayıb. Ola bilsin ki, məni tanıdıqları və belə məsələlərə kəskin
münasibətimin olduğunu bildikləri üçün bəlkə də risk eləməyiblər. Amma
bilirdim ki, kimlərəsə yollar axtarılır, onların vasitəsilə nə isə işlər
görmək istənilir. Məsələləri belə yollarla həll eləməyə meylli insanlar
da yəqin ki, az da olsa var idi. Görünür, onlara daha çox o cür
müraciətlər olunub. Amma ümumən hesab eləmirəm ki, bu, çox da kütləvi
hal idi və buna gedən insanlar da kütləvi idi. Müəyyən səviyyədə
yüksəkdə işləyən insanların çox böyük əksəriyyəti bu cür qanunsuz
məsələlərdən kənarda qalırdı”.
Short URL: http://www.cumhuriyyet.net/?p=8309