Hakimiyyət Əli İnsanovun qarşısında şərt qoyub

09.06.2014 - 09:54

Sabiq nazirdən azadlığa buraxılması üçün iki variantdan birini seçmək tələb olunur

Sabiq nazirdən azadlığa buraxılması üçün iki variantdan birini seçmək tələb olunur
 

İyunun 19-da siyasi məhbusların əfv ediləcəyi barədə yayılan
məlumatların heç bir əsası yoxdur. Bu barədə redaksiyamıza Əfv
Komissiyasındakı mənbədən məlumat daxil olub. Mənbə bildirib ki, iyunun
19-da əfv fərmanının imzalanmasından söhbət gedə bilməz. “Bunlar əsassız
məlumatlardır. Sonuncu əfvdən sonra Əfv Komissiyası toplanmayıb.
Əgər
iyunun 19-da əfv fərmanının imzalanması gündəmdə olsaydı artıq
komissiyanın heç olmasa bir iclası keçirilər və kimlərin əfv olunacağı
müzakirə olunardı. Digər tərəfdən indiyə qədər əfv fərmanından qısa
müddət sonra növbəti əfv fərmanı imzalanması təcrübəsinə rast
gəlinməyib”, – deyə mənbə bildirib.
Bəs bu məlumatların yayılmasının kökündə nə dayanır?
Hakimiyyət
mətbəxindən redaksiyamıza sızan məlumata görə, növbəti əfvlə bağlı
məlumatların yayılması sadəcə blefdir. Mənbənin sözlərinə görə,
Azərbaycan hakimiyyəti növbəti dəfə Qərbi aldatmaq, vaxt udmaq yolunu
tutub. Avropa Şurasının yay sessiyası yaxınlaşır. Ölkə başçısı Ilham
Əliyevin də sessiyada çıxışı gözlənilir. Bu ərəfədə guya siyasi
məhbusların azadlığa buraxılacağı barədə rəy yaratmaq Azərbaycan
hakimiyyəti üçün vacibdir. Hakimiyyət sessiyada sərt tənqidlərlə
üzləşəcəyindən narahatdır. Hakimiyyət belə bir mövqe ilə çıxış edir ki,
Azərbaycanda siyasi məhbus yoxdur. Və guya adları siyasi məhbus
siyahılarına salınan şəxslər siyasi motivlərlə həbs olunmayıb. Bununla
belə onlar əfv ərizəsi yazacağı təqdirdə azadlığa buraxıla bilərlər. Əfv
fərmanının imzalanacağı barədə məlumatlar da siyasi məhbuslara əfv
ərizəsi yazdırmaq üçün vaxt udmaq istəyidir”.
Lakin hakimiyyət REAL
sədri Ilqar Məmmədov və sabiq səhiyyə naziri Əli Insanovla bağlı
məsələdə çətinə düşüb. Avropa Məhkəməsinin Ilqar Məmmədovla bağlı qərarı
var. Qərarda xüsusi vurğulanıb ki, Ilqar Məmmədovun həbsi qanunsuzdur
və siyasi xarakter daşıyır. Beləliklə də hakimiyyət Ilqar Məmmədovu azad
etmək məcburiyyətində qalıb. Mənbənin sözlərinə görə, mümkündür ki,
Ilqar Məmmədov azadlığa buraxılsın. Əli Insanova gəlincə, onunla da
bağlı Avropa Məhkəməsinin qərarı var. Qərarda qeyd olunub ki, Əli
Insanova münasibətdə Avropa Konvensiyası ilə təminat verilən ədalətli
məhkəmə araşdırması və işgəncəyə məruz qalmamaq hüquqları pozulub. Mənbə
bildirib ki, hakimiyyət Əli Insanovu da azadlığa buraxmaq istəyir.
Lakin sabiq nazirin qarşısında şərt qoyulub: Ölkədən getmək, yaxud da
həbsdən azad olunacağı təqdirdə siyasətlə məşğul olmayacağı və barədə
bəyanat vermək müxalifətin ünvanına ittihamlar səsləndirmək. Əli Insanov
bu şərtlərdən birini qəbul edəcəyi təqdirdə azadlığa buraxıla bilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8312

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031