“Qanuni oğru”lar yenidən qızışır

09.06.2014 - 10:39

Azərbaycanlı “qanuni oğru”lar arasında köhnə ədavət yenidən qızışıb

 

“Cemo”nun “oğru” adının alınması
“Rövşən Lənkəranski” ilə “Vaqif Bakinski”nin arasında olan münaqişənin
yenidən alovlandığını göstərir

Azərbaycanlı
“qanuni oğru”lar arasında köhnə ədavət yenidən qızışıb. Ötən həftə
Rövşən Canıyevin (“Rövşən Lənkəranski”) ən yaxın adamlarından biri olmuş
gürcü əsilli “Cemo” ləqəbli Cemal Mikeladze “qanuni oğru” adında məhrum
edilib.

Onun
“oğru” adının alınması ilə bağlı yayılan “proqon”da bildirilib ki,
“”Cemo” heç kimdir və onu heç cür “qanuni oğru” adlandırmaq olmaz. “Biz,
“qanuni oğru”lar Vaqif Bakınski və Zviad Tbilisiski onu axırıncı əclafı
döyən kimi əzişdirdik. Onun gələcək taleyinə hərəkətlərinə müvafiq
olaraq azadlıqda olan “oğru”lar göz qoyacaq”.

“Qanuni
oğru” üçün ölümə bərabər hökmü imzalayan Vaqif Süleymanov (“Vaqif
Bakinski”)  həm “Cemo”, həm də “Rövşən Lənkəranski ilə uzun müddətdir
ki, ciddi münaqişədədir. Bu münaqişə isə hələ Aslan Usoyanın sağlığında
başlayıb.

Məlumatlara görə, azərbaycanlı avtoritet Vaqif
Süleymanovla “Rövşən Lənkəranski”nin 2010-cu ilin yazında aralarında
səbəbi tam açıqlanmayan konflikt başlayıb. İddialara görə, həbsdə olan
Vaqiflə “Lənkəranski” arasında olan telefon söhbəti gərgin keçib və
onlar bir-biri haqda xoşagəlməz ifadələr işlədiblər. V.Süleymanov
tezliklə həbsdən buraxılıb və onlar 2010-cu ilin avqustunda
münasibətlərini aydınlaşdırmaq üçün Rublevski (Bakının “Milyonerlər
məhəlləsi” kimi qəsəbə) yaxınlığında “Cemo”nun böyük qardaşı Mamukonun
elit kottecində “sxodka”ya toplaşıblar. 

“Rövşən
Lənkəranski” tərəfdən söhbətdə Mikeladze qardaşlarından başqa digər
“qanuni oğru”lar da iştirak edib. Vaqif Süleymanov isə görüşə “Ded
Xasan”ı təmsil edən “Vasi Voskres”lə gəlib. 

Məlumatlar
var ki, bu “sxodka” məhz “Cemo” söz alandan sonra davaya çevrilib. Onun
azərbaycanlı “qanuni oğru”ya iradına Vaqif Süleymanov adekvat cavab
verib. “Cemo” özündən həm yaşca, həm də cüssəcə böyük olan Vaqifi vurmaq
istəyərkən (əl qaldırmaq “oğru qanunları”nda düzgün olmayan hərəkət
sayılır) özü zərbə alıb. “Sxodka”nın sonunu gözləməyən V.Süleymanov
oranı tərk edib. Bu “sxodka” “Lənkəranski” kastası və Vaqif arasında
münasibətləri daha da pisləşdirib. 

“Cemo”nun
bu hərəkəti Rusiyanın kriminal dairələrində dərhal ciddi müzakirə
mövzusuna çevrilib. Deyilənə görə, nəticədə “Lənkəranski” və “Cemo” bu
hərəkətə görə köhnə “oğru qanunları” ilə yaşayan V.Süleymanovdan hətta
üzr də istəyiblər. “Barışığa” baxmayaraq, bu “sxodka” hələ də nüfuzlu
kriminal dairələrin əsas müzakirə mövzusu kimi qalır. Dörd il sonra
“Cemo”nun bu cür cəzalandırılmasının kökündə duran səbəb budur. 

Bu
münaqişədən sonra saxta pasportla Kiyevə gedən “Lənkəranski” həbs
edilir və bir müddət sonra isə Azərbaycana ekstradisiya olunur. “Cemo”
isə Rusiyanı tərk edərək Parisə gedir. 

“Ded
Xasan” isə “Cemo”nun Vaqif Süleymanovla bağlı “sxodka”dakı hərəkətini və
digər “günahlarını” müzakirəyə çıxarır. 2011-ci ilin iyununda “Ded”
“Cemo”nu “qanuni oğru” adından məhrum edir. Maraqlıdır ki, “Ded” bu
qərarı “Cemo”ya hamının iştirakı ilə və deyilənə görə, çox qaba formada
telefonda elan edib. “Ded Xasan” “Cemo”ya təklif edib ki, əgər onun bu
qərara etirazı varsa, Moskvaya qayıdıb özünü “təmizə çıxara” bilər.
2012-ci ilin noyabrında “ded”in xeyir-duası ilə “Lənkəranski”nin də
“oğru” adının da alındığı elan(“praqon”) olunur.  Təsadüfi deyil ki,
“Ded Xasan” öldürüləndən sonra Rusiya mətbuatı sifarişçilər arasında
“Lənkəranski” ilə bərabər “Cemo”nun da adını çəkirdilər. 

“Ded”in
qətlindən sonra bir müddət gizlənən “Cemo” 2013-cü ilin fevral ayının
1-də də  Moskva ətrafında həbs edilib. Onun  cibindən əl qumbarası ilə
bərabər narkotik maddə də tapılmışdı. Maraqlıdır ki, “Vaqif Bakinski” də
bu maddə ilə həbsdə olmuşdu. “Qanuni oğru” 2011-ci ilin iyul ayının
6-da Miçurin prospekti 11 ünvanında polislər tərəfindən şübhəli şəxs
qismində saxlanılmışdı. Onun üzəndən 4.84 qram heroin aşkarlanaraq
götürülmüşdü. 2011-ci ildə Moskvanın Nikulsk Rayon Məhkəməsinin hökmü
ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Kriminal
aləmdə “Ded Xasan”ın yaxın adamı kimi tanınan V.Süleymanov o zaman
həbsini “Lənkəranski”nin sifarişi kimi qiymətləndirmişdi. Onun yenidən
həbsə qayıdaraq “Cemo”nu bu cür cəzalandırması “Lənkəranski” ilə bu
nifaqın hələ uzun müddət davam edəcəyini göstərir.

Bəs,
“oğru” adı alınan “Cemo” kimdir? Cemal Mikeladze 1976-cı ildə
Gürcüstanda anadan olub. O, Rusiyanın kriminal aləmində tanınan Arsen
Mikeladzenin kiçik oğludur. Onun atası 1993-cü ildə güllələnib. Atasının
“təmiz oğru” ideyasını “Cemo” və onun böyük qardaşı Mamuko davam
etdirmək qərarı verəndən sonra Gürcüstanın nüfuzlu kriminal dairələri
onlara “qanuni oğru” adı verirlər. “Cemo” “qanuni oğru” adını 23 yaşında
almasına baxmayaraq, tezliklə Moskvadakı gürcüstanlı kriminal
qruplaşmalar arasında hörmət qazanıb. Deyilənə görə, “Cemo”nu kriminal
dairələrdə cəlbedici edən onun adətən “oğrulara” xas olmayan
xarizmasıdır. 

Qeyd edək ki, “Cemo” həbsdə olarkən onun hüquq-mühafizə orqanlarına “Ded Xasan”ın qətli ilə bağlı “ötdüyü” xəbəri yayılmışdı.

Musavat.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8313

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031