Füzuli Ələkbərov pullarını ölkədən çıxarır

09.06.2014 - 10:52

Ötən gün mətbuatda keçmiş nazir Füzuli Ələkbərovun Ismayıllı
rayonunun Ivanovka kəndindəki dəbdəbəli villasını satışa çıxarması
haqqında məlumat yayıldı. Xatırladaq ki, F.Ələkbərov ötən il oktyabrın
22-də prezidentin sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri
vəzifəsindən kənarlaşdırılıb. Qardaşı Nizami Ələkbərov isə Ismayıllıda
baş vermiş məlum etirazlardan sonra vəzifəsini itirib. 

Füzuli Ələkbərovun villasını satışa çıxarmasıyla bağlı xəbər
yayıldıqdan sonra, yeni məlumatlar da üzə çıxmağa başladı. Rayon
sakinlərinin dediyinə görə, Füzuli Ələkbərovun Ismayıllıda bir neçə
mülkü, torpaq sahələri, moteli və çörək zavodu var. 

Bəzi ehtimallara görə  ƏƏSMN-də aşkar olunmuş korrupsiya faktları və
nazirliyin bəzi əməkdaşlarının istintaq altında olması, Füzuli
Ələkbərovu əndişəyə salıb. Ona görə də keçmiş nazir mülklərini satışa
çıxararaq, pullarını ölkədən çıxarmaq istəyir.

Həqiqətən də Azərbaycan təcrübəsi göstərir ki, vəzifəli şəxslər
“vurulanda” bütün varidatları da müsadirə olunur.  Əli Insanov, Fərhad
Əliyev və digər nazirlərin nümunəsində də bunun şahidi olmuşuq. 

Məlumata görə Füzuli Ələkbərov eyni ssenari ilə üzləşməmək üçün,
özünü sığortalamaq istəyir və yığdıqlarını kiməsə bağışlamaq haqqında
düşünmür.

Qeyd edək ki, Füzuli Ələkbərov Ismayıllıdakı əmlakını qardaşı Nizami
Ələkbərovun icra başçısı işlədiyi dövrdə əldə edib. Nizami Ələkbərov
isə, hazırda mənfi reputasiyaya malikdir. Yəni, bu amili nəzərə alaraq
da, Ismayıllıdakı varidatı keçmiş nazirdən ala bilərlər.

Sakinlərin dediyinə görə, Füzuli Ələkbərovun Ismayıllıda başqa
obyektləri də var ki, ayrı-ayrı şəxslərin adına qeydiyyatdan keçib.

Azadlıq.info

Short URL: http://www.cumhuriyyet.net/?p=8317

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31