“NATO yaxın aylarda Ukrayna ilə əməkdaşlığını dərinləşdirəcək”

09.06.2014 - 10:58

NATO-nun baş katibi Anders Foq Rasmussen bəyan edib ki, təmsil etdiyi
təşkilat Ukraynaya əsaslı yardımı nəzərdə tutan layihə üzərində
işləyir. “Hazırda bu layihə üzərində NATO ölkələrinin xarici işlər
nazirləri ilə birgə çalışmaqdayıq. Düşünürəm ki, biz yaxın aylarda
Ukrayna ilə əməkdaşlığımızı dərinləşdirəcəyik”, deyə Rasmussen
vurğulayıb.

 

Baş katibin sözlərinə görə, alyans hazırda Ukraynaya silahlı
qüvvələrin modernləşdirilməsi istiqamətində yardım edir: “Bizim bu
sahədə böyük təəccrübəmiz var. Biz həmçinin Ukraynanı hərbi təlimlərə də
cəlb edəcəyik. Bir sözlə siz yaxın illərdə NATO ilə Ukraynanın
əlaqələrinin yaxınlaşmasını müşahidə edəcəksiniz”. 

Bundan
başqa Rasmussen bəyan edib ki, Ukraynanın NATO-nun yeni ekspedisiya
məqsədilə yaradılan silahlı birləşməsinin formalaşmasına cəlbi istisna
deyil.

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8319

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30