Bakıda yeni metro tuneli tikiləcək
tutulan yeni tunel layihəsi artıq təsdiq olunma mərhələsindədir.
Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, hazırda layihədə bəzi detalların dəqiqləşdirilməsi işləri gedir.
Qeyd edək ki, bu layihə ilə bağlı “Akkord-Bouygues” birgə müəssisəsi öz təkliflərini “Bakı Metropoliteni” QSC-yə təqdim edib.
Tikiləcək tunel “Xətai”-“Azadlıq prospekti” xəttini “İçərişəhər”-“Həzi
Aslanov” xəttindən ayırmaqla, hər iki marşrutun sərbəst istismarını
təşkil etmək etməyi nəzərdə tutur.
Belə ki, bu ayrılmadan sonra “Dərnəgül” metro stansiyasından “Həzi
Aslanov” istiqamətində hərəkət edən qatar “Nizami” stansiyasından sonra
“28 May” stansiyasına daxil olmayacaq. Qatar “Nizami” stansiyasına az
qalmış yeni tunellə “Cəfər Cabbarlı” stansiyasına daxil olacaq, oradan
isə “Xətai” stansiyasına gedəcək. Bununla da, daha “28 May”
stansiyasında hər iki tərəfə qatar getməyəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=8320