Zakir Həsənov istefa xəbərin təkzib etdi

09.06.2014 - 11:55

 
 
 
 

Müdafiə naziri Zakir Həsənovun istefa ərizəsi yazmasıyla bağlı
xəbərlərə Müdafiə Nazirliyinin internet səhifəsində rəsmi açıqlama ilə
reaksiya verilib.

Musavat.com-un məlumatına görə, Müdafiə Nazirliyinin internet səhifəsindəki həmin açıqlamada nazirin istefası ilə bağlı məlumatların əsassız olduğu və həqiqəti əks etdirmədiyi vurğulanır:

“Bu gün bəzi kütləvi informasiya vasitələrində “Zakir Həsənov
istefa ərizəsi yazıb” başlıqlı məlumatlar yayılıb. Bu kimi xəbərlərin
yayılması ictimaiyyət arasında ordu haqqında yanlış fikrin yaranması və
aparılan islahat-quruculuq işlərinin şübhə altına alınması məqsədini
güdür, eyni zamanda, Silahlı Qüvvələrin rəhbərliyində təəssüf hissi
doğurur.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Silahlı Qüvvələrdə
Nizamnamə tələblərinə uyğun vahid komandanlıq tərəfindən idarə olunan
sağlam, həmrəy və yekdil hərbi kollektiv formalaşıb və ordu quruculuğu
prinsiplərinə, subordinasiya qaydalarına uyğun hərbi xidmət təşkil
olunub.

Mətbuatda yayılan bu məlumatın heç bir əsası yoxdur və yalnız uydurma xarakteri daşıyır”.

 
 
 
 

*****

10:56

Müdafiə Nazirliyi general-polkovnik
Zakir Həsənovun nazir postundan istefa verəcəyi haqda mətbuatda yayılan
iddialara reaksiya verib.

AzVision.az-a açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bu barədə rəsmi məlumat yayacaqlarını bildirib.
“Bu barədə nazirliyin rəsmi saytında rəsmi açıqlama veriləcək”-deyə nazirlik sözcüsü qeyd edib.
Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin yaydığı məlumata görə,
müdafiə naziri Zakir Həsənov prezidentə istefa ərizəsi yazıb. Dərc
olunan məlumatda qeyd olunur ki, Zakir Həsənov normal islahatlar
keçirməsinə ciddi əngəllər yaradıldığı, bir sıra hallarda sapotajla
üzləşdiyi barədə artıq Ali Baş Komandan İlham Əliyevə şəxsən məruzə
edib. General-polkovnik prezidentə belə vəziyyət davam edəcəksə, ona
mane olan qüvvələr zərərsizləşdirilməyəcəksə, nazir vəzifəsində
qalmağının mənasız olduğunu və istefasının qəbul olunmasını xahiş edib.

 

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8322

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930