Elşad İskəndərova yeni vəzifə verildi

09.06.2014 - 12:50

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin eks-sədri Elşad
İskəndərova yeni vəzifə verilib. “Qafqazinfo”ya daxil olan məlumata
görə, Elşad İskəndərov Xarici İşlər Nazirliyində idarə rəisi təyin
olunub. 
Qeyd edək ki, mayın 2-də prezident
İlham Əliyevin sərəncamı ilə Elşad İskəndərov vəzifəsindən azad
olunmuşdu. O, son dövrlər Azərbaycan mətbuatında nurçuluqda ittiham
olunan əsas şəxslərdən biri idi. 
Vəzifəsindən
azad olunandan bir neçə gün sonra E.İskəndərov  Dialoq və Əməkdaşlıq
uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ İKGF) Baş Katibi təyin
edilmişdi.
“Qafqazinfo” məlumatı dəqiqləşdirmək üçün E. İskəndərovun özü ilə də əlaqə saxlayıb. 
O, XİN-də idarə rəisi vəzifəsinə təyin olunduğunu təsdiqləyib. Lakin idarənin adını açıqlamaq istəməyib: “Nazirlə məsləhətləşdikdən sonra açıqlama verə bilərəm. Hələ ki, danışmaq istəmirəm”.
XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə bu barədə məlumatsız olduğunu bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=8330

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31