Ukraynanın yeni höküməti azərbaycanlıların üzərində qurulur

09.06.2014 - 12:53

Ukraynada 3 azərbaycanlı mühüm dövlət vəzifələrinə seçildi

 
Azərbaycanın Dubaydakı keçmiş
vitse-konsulu, hazırda Ukrayna Qafqaz Xalqları Konqresinə rəhbərlik edən
Paşa İlisuyskiy (Məmmədov), tanınmış hüquqşünas Aqiyə Axundova və
məşhur jurnalist Rəna Nəzərova Ukraynada milli-demokratik qüvvələrin
hakimiyyətə gəlməsindən sonra dövlət orqanlarında mühüm vəzifələrə
seçiliblər.
P. İlisuyskiy (Məmmədov) APA-ya açıqlamasında bildirib ki, Ukrayna
Xarici İşlər Nazirliyinin Radasına təyinat alıb.
XİN-in
Radası Ukrayna xarici siyasətinin müəyyən olunmasında məşvərətçi
orqandır, eyni zamanda səfirlərin təyinatı zamanı təqdimat funksiyasını
yerinə yetirir. P. İlisuyskiy (Məmmədov) XİN-in Radasında yer alan
yeganə azərbaycanlıdır. O, Azərbaycanın Ağciyər Xəstəlikləri
İnstitutunun baş həkimi, Qax Rayon İcra Hakimiyyətinin başçısı
vəzifəsində çalışmış Xəyyam Məmmədovun oğludur.
Ukraynanın
məşhur jurnalisti Rəna Nəzərova isə, dünən xəbər verdiyimiz kimi,
 mayın 25-də keçirilən seçkilərdə Kiyev şəhər Radasına üzv seçilib. O,
Kiyev meri seçilən Vitali Kliçkonun “UDAR” (Ukrainskiy Demokratiçeskiy
Alyans za Reformı) Partiyasının siyahısından Kiyev Radasına üzv seçib və
bu orqanda təmsil olunan yeganə azərbaycanlıdır.
Bundan
başqa tanınmış hüquqşünas Aqiyə Axundova isə Ukrayna Nazirlər
Kabinetinin qərarı ilə ölkənin Dövlət İcraçıları Xidməti rəisinin
birinci müavini təyin edilib. A. Axundova Maydan hərəkatı
iştirakçılarının hüquqlarının aktiv müdafiəçisi olub.
 

Short URL: http://www.cumhuriyyet.net/?p=8331

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31