Əkrəm Əylisli yeni qalmaqalda

09.06.2014 - 12:55

Əkrəm Əylisli Fikrət Qocanı təhqir elədi

 
Yazıçı Əkrəm Əylisli xalq şairi Fikrət Qocanın son müsahibəsində
onunla dostluğu və qalmaqallı “Daş yuxular” əsəri ilə bağlı
səsləndirdiyi fikirlərə münasibət bildirib. 
Yazıçı
“Qafqazinfo”ya açıqlamasında bildirib ki, F.Qocanın söylədiklərinə
cavab vermək nə mənim şəxsiyyətimə, nə də xarakterimə uyğundur:
“Bəzi
adamların əlinə köhnə qisaslarını almaq üçün fürsət düşüb. Nə Allaha,
nə də peyğəmbərə baxırlar. Onun kimi 25 il bir vəzifədə sırtılmış, özünü
lider hesab edən bir adama mən nə deyə bilərəm? Onun üçün nə bizim
dostluğumuz, nə bir yerdə keçirdiyimiz zamanlar önəmlidir. O çalışır
 elə bir söz desin ki, kreslosunda daha çox otursun. Fikrət Qoca üçün bu
dünyada müqəddəs bir şey qalıbmı ki? Ona münasibət bildirmək mənə
əksiklik gətirər. “Daş yuxular” əsərimi isə artıq il yarımdır ki,
müzakirə edib qurtara bilmirlər. Görün bu əsər bunlara nə boyda yer
edib. Əgər bədii cəhətdən belə zəif əsər idisə niyə bu qədər
danışırsız?”

Short URL: http://www.cumhuriyyet.net/?p=8332

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31