Məhşur müğəninin atası küçədə yatır
Axşam.az-ın
Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, azərbaycanlı iş
adamı Reza Zərrabla ailə quran sənətçinin atası küçədə köhnə əşyaların
satışı ilə məşğuldur. Qızının onu heç vaxt axtarmadığını deyən Remzi
Gündeş gecələrini 20 kvadrat metrlik dükanda keçirir. O, Ebru haqda
danışmaqdan imtina edib.
“Mən
şərəfsiz bir insan olsaydım, indi dəbdəbəli villada yaşayardım. Şərəfim
olduğu üçün belə haldayam. Dilənçi deyiləm. Acından ölərəm, amma
kiminsə qapısına gedib, bir loxma çörək də istəmərəm. Bir vaxtlar mənə
gəl bu evdə qal demişdi. Amma ondan gələcək xeyiri istəmirəm. Mənə
halallıq lazımdır. Haramla heç bir işim yoxdur” deyə R.Gündeş bildirib.
Sənətçinin
atası “Heç nəvənizi gördünüzmü” sualına isə “Mənim övladım yoxdur ki,
nəvəm də olsun. Amma əsl bir övladımın və nəvəmin olmağını çox
istəyərdim” cavabını verərək göz yaşlarını saxlaya bilməyib.
R.Gündeşi
sonda “Əsgər ailəsində doğulmuşam. Ona görə də qürurum var. Yoxsa
Bülənt Ərsoyun da qapısını döyüb, kömək istəyərdim. Dövlətə pul
ödəmədiyim üçün on ildir təqaüddən məhrum olmuşam. Əgər bunu ala
bilsəydim, heç olmasa, bir az daha yaxşı olardı” deyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=8335