NATO müharibəyə hazırlaşır

09.06.2014 - 15:07

NATO yüzlərlə tankını Rusiya sərhədinə yeritdi

NATO yüzlərlə tankını Rusiya sərhədinə yeritdi
 
 
İyunun 5-dən başlayaraq Şimali Atlantika Alyansının – NATO-nun yüzlərlə tankı Litvanın Klaypeda limanına daşınır. Bu barədə “Delfi” agentliyi foto və video yayıb.
Axar.az xəbər verir ki, ağır texnika Alyansın son illərin ən nəhəng “Saber Strike – 2014” (Qılıncla zərbə) adlı təlimləri üçün gətirilib. Bərə vasitəsi ilə NATO-nun “Leopard”, “Piranya” və bu tipli ağır hərbi texnikası daşınıb.
Xatırladaq ki, tank və digər ağır texnikadan başqa Litvaya tibbi və digər personal təmsilçiləri də gəliblər.
Litvada keçiriləcək NATO-nun bu böyük hərbu təlimi son aylar Rusiyanın Ukraynaya və Baltikyanı ölkələrə təhdidinə cavab kimi qiymətləndirilir. Litva prezidenti Rusiyanın bu aqressiyasına qarşı ən sərt mövqe göstərən və NATO-dan Baltikyanı ölkələrin müdafiəsi üçün yardım istəyən liderlərdən sayılır.
14.05
Bu gün “Saber Strike-2014” adı altında NATO-nun Litva, Latviya, Estoniya və Polşada geniş beynəlxalq təlimlərinə start verilir. Hərbi manevrlərdə 9 ölkədən 2 minə yaxın hərbçi iştirak edəcək. Təlimlər iyunun 20-nə qədər davam edəcək.
Xatırladaq ki, bununla paralel Baltik dənizi, Danimarka və İsveçin dəniz sularında hələ iyunun 6-dan “Baltops-2014” adlı beynəlxalq təlimlər davam edir. Bu hazırlıq prosesində Böyük Britaniya, Almaniya, Gürcüstan, Danimarka, Latviya, Litva, Hollandiya, Polşa, ABŞ, Finlandiya, Fransa, İsveç və Estoniyanın gəmi və hərbi təyyarələri iştirak edirlər. Bu manevrlər isə iyunun 21-də başa çatacaq.
 

Short URL: http://www.cumhuriyyet.net/?p=8339

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31