“AST Telman”ın ortağı quldarlıqda ittiham olunur

09.06.2014 - 16:35

Rusiya DİN-in Moskva şəhəri üzrə Baş
İstintaq İdarəsi Azərbaycan əsilli yəhudi milyonçu Januko Rafailov da
daxil olmaqla 8 nəfərə qarşı qul əməyindən istifadə və qanunsuz
miqrasiyanın təşkili maddələri üzrə rəsmi ittiham irəli sürüb.
Virtualaz.org
saytı xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanlarındakı mənbələr
həmin qrupun üzvləri arasında Januko Rafailovun qardaşı Don Rafailovun,
həmçinin Suriya, İraq və Vyetnamdan olan biznesmenlərin yer aldığını
bildirib.
Bu cinayət işi ötən ilin yayında
qaldırılıb. Rusiyanın Federal Miqrasiya Xidmətinin və polisin keçirdiyi
birgə reyd zamanı Moskvanın İzmaylovo rayonunda “AST Cargo” şirkəti
tərəfindən icarəyə götürülmüş konteynerlərdə qeyri-leqal miqrantların
yaşadığı və işlədiyi qul düşərgəsi aşkar olunub.
Düşərgədə
əsasən vyetnamlıların qul kimi istismar olunduğu, onların qanunsuz
tikiş sexlərində işlədildiyi, yalnız yemək və sair gündəlik
tələbatlarının ödənildiyi məlum olub. Reyd zamanı 1200-dən çox Vyetnam
vətəndaşı saxlanılıb və deportasiya edilib.
Rusiya
hüquq-mühafizə orqanlarının qaldırdığı cinayət işi əsasında ötən ilin
avqustunda Januko Rafailov da daxil olmaqla bir neçə nəfər həbs olunub.
Januko
Rafailov milliyyətcə dağ yəhudisidir. 1960-cı ildə Quba rayonunda,
məşhur Qırmızı Qəsəbədə anadan olub və çoxsaylı biznes aktivlərinə malik
milyonçudur. Həmçinin o, Azərbaycan əsilli digər yəhudi biznesmen
Telman İsmayılovun keçmiş ortağıdır və onun sahibi olduğu şirkətlər
qrupuna daxil olan “AST Cargo”nun direktorudur.
Hərçənd
ki, T.İsmayılov özü bu şirkətin onun sahibi olduğu “AST” şirkətlər
qrupuna bağlılığını inkar edir. Bununla belə T.İsmayılov J.Rafailovu
tanıdığını və onunla münasibətlərinin olduğunu təsdiqləyir.
Rusiya
hüquq-mühafizə orqanları isə bildirir ki, J.Rafailov keçmişdə  “AST
Cargo” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru olub. Lakin hazırda
Rafailovun T.İsmayılovla hansısa biznes bağlılığının mövcud olduğu dəqiq
deyil.
Bununla belə J.Rafailov özü də kifayət
qədər imkanlı adamdır, multimilyonerdir və çoxsaylı şirkətləri var. O,
tikinti, neft hasilatı və ticarətlə məşğul olur. J.Rafailov “AST Group”
Qapalı Səhmdar Cəmiyyətinin direktoru və səhmdarlarından biridir.
Həmçinin “Evroliqa” korporasiyası, “Straxovoye edinstvo”, “Blaqovest”,
“Evroliqa-Timan” və digər şirkətlər ona məxsusdur. “Evroliqa”
korporasiyası tikinti, topdansatış ticarəti, o cümlədən yanacaq,
müxtəlif metallar, neft və qaz hasilatı kimi çoxsaylı biznes növlərində
fəaliyyət göstərir.
J.Rafailov ötən ilin dekabrında başqa yerə getməmək barədə iltizam alındıqdan sonra məhkəməyə qədər həbsdən buraxılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=8344

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31