“Azerfon” müasir texnologiya həvəskarlarını “Nar” BakuTel stendinə dəvət edir

01.12.2016 - 10:43

narmobile1“Nar” BakuTel-2016 22-ci beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisində iştirak edir. Mobil operator hər il olduğu kimi bu il də özünün ən son yeniliklərini geniş ictimaiyyətin diqqətinə çatdırır. Sərgi günlərində “Nar” stendinin ziyarətçiləri Azərbaycanda ilk dəfə olaraq ölkə coğrafiyasında virtual səyahət etmək imkanı verən və virtual reallıq texnologiyasına əsaslanan “Augmented Reality” interaktiv turunun birbaşa iştirakçısı olmaq fürsəti qazanırlar. Virtual reallıq texnologiyası əsasında hazırlanmış proqram təminatı bölgələrdə yaşayan Azərbaycan vətəndaşları üçün mobil operator tərəfindən xüsusi olaraq təqdim edilmiş yeni “Yerlim” tarifinin tanıdılması çərçivəsində hazırlanmışdır.
Qeyd edək ki, “Nar” operatoru BakuTel-2016 sərgisi çərçivəsində ilk yerli məzmuna əsaslanan və yerli şirkət tərəfindən ərsəyə gətirilən virtual reallıq texnologiyasını təqdim edib. İstifadəçilər xüsusi avadanlıq vasitəsilə Azərbaycanın bölgələrinə virtual səyahət edə bilirlər. Görüntü üçölçülü olmaqla yanaşı, həm də 360 dərəcəlik baxış imkanı yaradır. Üstəlik, istifadəçilər sadəcə şəkil deyil, həm də interaktiv səyahətin iştirakçısına çevrilirlər. Bölgələrə virtual səyahət edən qonaqlara “Nar” tərəfindən xüsusi olaraq Azərbaycanın müxtəlif bölgələri üçün yaradılan və abunəçilərə yaşadıqları bölgələrdə dəqiqəsi cəmi 1 qəpiyə danışmaq imkanı verən “Yerlim” tariflər toplusu barədə məlumat verilir.
Bundan əlavə, “Nar” stendinin ziyarətçiləri müxtəlif interaktiv əyləncəli oyun və yarışların iştirakçısı olurlar. Bu müsabiqələrin qalibləri müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırılırlar. Xatırladaq ki, Bakı Ekspo Mərkəzində keçirilən BakuTel-2016 sərgisində iştirak edən “Nar” sərgi müddətində müasir rabitə tələblərinin vahid ödəniş üzərindən təqdim edilməsini nəzərdə tutan tamamilə yeni “Qutu” məhsulunu, yüksəksürətli məlumat mübadiləsini təmin edən LTE-A (LTE-Advanced) şəbəkəsini, “Augmented Reality” virtual reallıq texnologiyasını və digər yeniliklərini təqdim edir. “Nar” müasir texnologiyalara biganə olmayan hər bir kəsi özünün BakuTel stendinə dəvət edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=83452

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31