Naxçıvanda qadınlara yeni qadağa

09.06.2014 - 17:11

Naxçıvan Muxtar Respublikasında dövlət idarələrində çalışan qadınlar uzunqol köynəklərdən istifadə etməlidir.
Axar.az-a Muxtar Respublikada tətbiq olunan bu yeni yasaqla bağlı Naxçıvan sakinləri məlumat veriblər. Sakinlərin sözlərinə görə, dövlət idarəsində çalışan qadınlarla yanaşı, digər sektorlarda işləyən xanımlara da bu yasağın tətbiq ediləcəyi söylənilib. Bundan öncə Naxçıvanda müəllim çalışan qadınlara saçlarını boyamaq, kapron corablar geymək, mini ətəkdən və beli açıq – dekolteli paltarlardan istifadə etmək də qadağan olunmuşdu.
Qeyd edək ki, bir müddət öncə Naxçıvanda kişilərə də qısaqol köynək geyinmək qadağan edilib. Naxçıvan Ali Məclisinin Mətbuat xidmətinin rəhbəri Hüseyn Əsgərov Axar.az-a bildirdi ki, qısamüddətli məzuniyyətdən bu gün qayıtdığı üçün bu barədə məlumatsızdır.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8349

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031