Ermənilərin Naxçıvan hücumunun səbəbi

09.06.2014 - 17:14

“Ermənilərin hücumlarının əsas məqsədi ordumuzun Naxçıvandakı zəif yerlərini aşkarlamaqdan ibarətdir”.
Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli son günlər Naxçıvan istiqamətində ermənilərin fəallaşması ilə bağlı xəbərləri şərh edərkən deyib.
O, Naxçıvandakı qoşunların ermənilər üçün kifayət qədər təhlükə olduğunu bildirib: “1921-ci il Qars müqaviləsinə əsasən, Türkiyə Naxçıvanın təhlükəsizliyinin qarantıdır. Naxçıvana hansısa hücum olarsa, rəsmi Ankara buranı öz torpağı kimi müdafiə etməlidir. Son günlər Naxçıvana qarşı hücumların ermənilər tərəfindən aktivləşməsinin əsas səbəbi Naxçıvanda Əlahiddə Ordunun yaradılmasıdır. Bu ordu kifayət qədər silah-sursatla təchiz edilib. Naxçıvanda Əlahiddə Ordu sistemi az qalır ki, Müdafiə Nazirliyi sisteminin üçdə birini əhatə etsin. Bunu isə ermənilər özlərinə çox ciddi təhlükə kimi görürlər. Ermənilər bura hücumlar etməklə bu ordunu tez-tez sınağa çəkmək istəyirlər. Əsas məqsəd ordumuzun Naxçıvandakı zəif yerlərini aşkarlamaqdan ibarətdir. Son günlərin hadisələri göstərdi ki, ermənilər artıq bu ordudan qorxmağa başlayıblar. Fikrimcə, bu ordu hər hansı müharibə zamanı Ermənistana qarşı Naxçıvan ərazisindən ikinci bir cəbhənin açılması üçün yetərli hesab edilə bilər”.
Qeyd edək ki, Naxçıvanda Əlahiddə Ordu keçən il dekabrın 20-də yaradılıb. Orduya peşəkar zabit, general-leytenant Kərəm Mustafayev rəhbərlik edir.

“Ermənilərin hücumlarının əsas məqsədi ordumuzun Naxçıvandakı zəif yerlərini aşkarlamaqdan ibarətdir”.

 

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli son günlər Naxçıvan istiqamətində ermənilərin fəallaşması ilə bağlı xəbərləri şərh edərkən deyib.

 

O, Naxçıvandakı qoşunların ermənilər üçün kifayət qədər təhlükə olduğunu bildirib:

 

“1921-ci il Qars müqaviləsinə əsasən, Türkiyə Naxçıvanın
təhlükəsizliyinin qarantıdır. Naxçıvana hansısa hücum olarsa, rəsmi
Ankara buranı öz torpağı kimi müdafiə etməlidir. Son günlər Naxçıvana
qarşı hücumların ermənilər tərəfindən aktivləşməsinin əsas səbəbi
Naxçıvanda Əlahiddə Ordunun yaradılmasıdır. Bu ordu kifayət qədər
silah-sursatla təchiz edilib. Naxçıvanda Əlahiddə Ordu sistemi az qalır
ki, Müdafiə Nazirliyi sisteminin üçdə birini əhatə etsin. Bunu isə
ermənilər özlərinə çox ciddi təhlükə kimi görürlər. Ermənilər bura
hücumlar etməklə bu ordunu tez-tez sınağa çəkmək istəyirlər. Əsas məqsəd
ordumuzun Naxçıvandakı zəif yerlərini aşkarlamaqdan ibarətdir. Son
günlərin hadisələri göstərdi ki, ermənilər artıq bu ordudan qorxmağa
başlayıblar. Fikrimcə, bu ordu hər hansı müharibə zamanı Ermənistana
qarşı Naxçıvan ərazisindən ikinci bir cəbhənin açılması üçün yetərli
hesab edilə bilər”.

 

Qeyd edək ki, Naxçıvanda Əlahiddə Ordu keçən il dekabrın 20-də
yaradılıb. Orduya peşəkar zabit, general-leytenant Kərəm Mustafayev
rəhbərlik edir.

– See more at: http://axar.az/news/20630#sthash.1ehs3OqO.dpuf

Short URL: http://www.cumhuriyyet.net/?p=8350

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31