“Hafka”nın neft biznesi də əlindən alındı

09.06.2014 - 18:14

“Hal-hazırda bütün işləri Əmir Mahmudzadə adlı iranlı iş adamı idarə edir”

“Hal-hazırda bütün işləri Əmir Mahmudzadə adlı iranlı iş adamı idarə edir”
 

Avropada futbol klubları almağa girişən Hafiz Məmmədov
Azərbaycandakı mövqelərini bir-bir əldən verməkdədir. “Bank of
Azərbaijan” əlindən alınandan sonra bunu təkzib edən, lakin sonradan
reallıqla barışmalı olan iş adamı, bu dəfə neft biznesindəki payından da
məhrum olmaq üzrədir. Bir müddət öncə “Bahar Enerji Əməliyyat
Şirkətində” işçilərin əmək haqlarının yubadılması və şirkətin ağır
maliyyə durumuna düşməsinə dair “Azpolitika” olaraq, məlumat vermişdik.
Əldə etdiyimiz son məlumata ğörə isə, artıq “Hafka” ləqəbi ilə tanınan
ış adamı ümumiyyətlə bu sahədən uzaqlaşdırılmaqdadır.

Belə ki, mənbəmizin məlumatına ğörə, sözügedən şirkətdə Hafiz
Məmmədova aid iri texnikalar onun özünə qaytarılır və ərazidən
yığışdırılır. Artıq 3 ədəd 50 tonluq kranın və bir neçə agır tonajlı və
bahalı MAN markalı yük maşınlarının, digər texnikaların “Qum adasından”
çıxarıldığı bildirilir. Bununla yanaşı gələn aydan şirkətdəki iş
yerlərinin ixtisarı barədə söhbətlər dolaşmaqdadır. İşçilərlə 3 aydan
artıq müddətə müqavilə bağlanması yasaq olunub. Əsasən
qohum-əqrabalarını şirkətdə yüksək vəzifəyə gətirən Hafka onlara kifayət
qədər yüksək əməkhaqları təyin edib. Lakin, unutmaq lazım deyil ki, bu
iş tək ona aid deyil və Ziya Məmmədov başda olmaqla şəriklər mövcuddur.

“Hafka”nın
şirkətdən konkret kimlər tərəfindən uzaqlaşdırıldığı barədə dəqiq bir
şey deyə bilməsək(!) də, bunun “Bank of Azərbaijan” əməliyyatının davamı
olduğunu söyləməyə ciddi əsaslar var
. Çünki bu ölkədə xüsusilə
də neft biznesinə hər adamın razılıgı ilə girmək və təbii ki, hər
adamın tapşırığı ilə də oradan uzaqlaşdırılmaq mümkün deyil. Deməli,
göstəriş Ziya Məmmədovu da çox-çox aşan yerlərdən gəlib. Hal-hazırda
bütün işləri Əmir Mahmudzadə adlı iranlı iş adamı idarə edir. Onun da
kimlərinsə(!) adamı olduğu barədə müxtəlif fikirlər söylənir. Rəsmi
payçı kimi Baghlan Group, Greenfield İnternational RAFİ Oil-ə məxsus
“Bahar Enerji Əməliyyat Şirkəti”nin Milli Məclis tərəfindən vergidən
azad olunduğunu da unutmaq lazım deyil. Deməli, şirkət bugün olmasa da,
sabah qat-qat artıq xeyir verə bilər. Ona görə də bütün
istiqamətlərdə sıxışdırılan “Hafka”nın bu biznesdən kənarlaşdırılması
istəyinin arxasında böyük maddi marağın durduğu da şübhəsizdir.

Bundan əvvəl Hafkanın ortağı olduğu bu şirkət Salyanda və Xəzərdəki
28 may yataqlarında çalışıb. Lakin hər birində təxminən 3 il civarında
fəaliyyət göstərərək, belə demək mümkünsə, qaçıb. Deyəsən, “Qum adası”nı
da eyni tale gözləyir. Mənbə bildirir ki, son dövrdə külli miqdarda vəsait qoyularaq qazılan 5 quyunun heç biri gözlənilən nəticəni verməyib. İngilis mühəndis və digər rəhbər işçilər isə buna rəğmən böyük miqdarda
maaş almaqda davam edirlər. Qohum-əqrabaya verilən yüksək maaşlar və
şişirdilən digər xərcləri də neftin az çıxması, hətta bəzən ümumiyyətlə
çıxmamasının üzərinə gələndə, vəziyyət aydın olur. Yəni, sırf “Bank of
Azərbaijan”da olduğu kimi. Bir gün sözügedən şirkətin bu layihədən
çıxdığı barədə, yaxud rəsmi rəhbər şəxslərinin hamılıqla
dəyişdirildiyinə dair məlumat yayılsa, buna təəccüblənmək lazım deyil.

“Azpolitika”
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8351

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930