İcra başısı ilə şöbə müdiri arasında qalmaqal
İcra başçısının töhmət verdiyi şöbə müdiri qanunsuz torpaq mənimsəməkdə ittiham olunur…
İcra başçısının töhmət verdiyi şöbə müdiri qanunsuz torpaq mənimsəməkdə ittiham olunur…
Beyləqan rayon icra hakimiyyətinin başçıs və
əməkdaşlıarı haqda şikayətlərin ardı-arası kəsilmək bilmir. Bu dəfə gunxeber.com-un redaksiyasına müraciət edən Beyləqan rayon 5- ci Məhəllə
sakini Anar Zeynalov icra hakimiyyətinin əməkdaşlarının qanunsuz torpaq
mənimsəmələrindən şikayətçidi. Anar Zeynalov məktubunda yazır-
“Nəzərinizə çatdırmaq istəyirəm ki, Beyləqan rayon icra hakimiyyətinin
hüquq şöbəsinin müdiri Zakir Mehdiyev “Dosluq Damazlıq Birliyi”nin
ərazisində qanunsuz olaraq torpaq zəbt edərək obyek tikdirib. İşçiləri
ilə heç bir əmək müqaviləsi imzalanmayıb. Dosluq Damazlıq Birliyində bu
günə kimi heç bir bölgü aparılmadığından Zakir Mehdiyevin hərəkəti
camaatın narazılığına səbəbə olub”
Zakir Mehdiyevlə bağlı xəbərlər bunla bitmir. Anar Zeynalovun
sözlərinə görə, şöbə müdiri ilə icra başçısı Vaqif Abdullayev də
bacarmır – “Bir neçə gün bundan qabağ Zakri Mehdiyevlə Vaqif Abdullayev
arasında narazılıq yaranıb. Hətta onlar bir-birlərinə ağır sözlər də
deyiblər. Bunun qarşılığında icra başçısı şöbə müdirinə töhmət verib. O,
həmdə işə gec gəldiyinə görə narazılıq yaradıb” – deyə A.Zeynalov əlav
etdi.
Digər məlumata görə, Zakir Mehtiyev zəbt etdiyi torpaqların və tikdirdiyi obyektlərin heç bir hüquqi qeydiyatını aparmayıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Mövzuya qayıdacıq…
Short URL: http://www.cumhuriyyet.net/?p=8353