Bakıda sökülən məşhur restoran polis rəisinin çıxdı
Bakının Yasamal rayonu ərazisində yerləşən
“Göl” restoranının bir gecənin içində dağıdılması haqda bu gün yayılan xəbərlərlə
bağlı məlumat daxil olub.
Özügedən “Göl”
restoranını Yasamalın keçmiş polis rəisi, hazırda Lənkəranın polis rəisi vəzifəsində işləyənpolis polkovniki Möhübbət Hüseynova məxsus olub: “O, Yasamalın polis rəisi olanda buranı oğlunun adıyla almışdı. Sonradan bu restoranda bir neçə dəfə təmir işləri də aparmışdı. Həmin təmir işləri haqda qəzetlərin birində də məlumat verilmişdir”.
Mənbə polis rəisinin həmin restoranı başqasına satması haqda deyilənlərə dəqiq aydınlıq gətirə bilməyib: “Düzü, dəqiq bilmirəm,
söküntü restoran satılması ilə və yaxud Möhübbət Hüseynovun özünün
təşəbbüsüylə baş verib. Bildiyim odur ki, o, restoran dəqiq polis rəisinindir”.
Xatırladaq ki, saytlarda yayılan məlumatlara görə,iki
gün öncə restoranın qalan hissəsi də yerlə yeksan edilib. Ərazidə yaşayan
sakinlərin verdikləri məlumata görə, iki gün bundan əvvəl restoranın yuxarı
hissəsində yerləşən trenajor zalı bir gecənin içində sökülüb.
Trenajor zalında məşq edən insanlar isə bildirirlər
ki, səhəri gün idman etmək üçün oraya gəldikdə restoranın bütün ərazisinin
“şumlandığını” görüblər, söküntü olan yerdə isə 15-ə yaxın polis
müfəttişi əraziyə nəzarət edirmiş.
Yasamal rayonu 24 saylı Mənzil İstismar Sahəsindən
bildirilib ki, həmin restoranın ərazisini başqa bir şəxs alıb: “Göl”
restoranının ərazisi başqa bir şəxs tərəfindən alınıb. Ona görə də restoran və
onun yanında yerləşən məşq zalı sökülüb. Yerində isə nəyin tikiləcəyi hələ ki,
məlum deyil”(mia.az).
Short URL: http://www.cumhuriyyet.net/?p=8354