DYP rəisinin ayda 3 milyonluq əməliyyatı
Dayı bacısı oğluna görə minnətçi düşüb
kimi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polkovnik
Nuşirəvan Səfərovun bacısı oğlu bir müddət bundan əvvəl Daxili İşlər
Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Həmin məlumatda
deyilirdi ki, Namiq Kərimov saxlanılan müddətə qədər BDYPİ-də sərxoş
sürücülərlə bağlı şöbəyə rəhbərlik edirmiş.
verən mənbə qeyd edib ki, onun saxlanılmasına səbəb 2500 manat pul
alarkən yaxalanmasıdır. Lakin onun saxlanılması cəmi bir gün davam edib.
Dayısı Nuşirəvan Səfərov işə qarışaraq bacısı oğlunu həbsdən xilas
edib. Amma bu zaman Namiq Kərimovun işdən çıxarılmasına dair əmr
verilib. Son məlumatlara görə, Namiq Kərimovun yerinə qaytarılması üçün
N.Səfərov nazirliklə danışıq aparsa da bir xeyri olmayıb. Bacısı oğlunu
yenidən işə qaytarmaq istəyən Bakı şəhər DYP-nin rəisi DİN-in
rəhbərliyinə hələ də minnətçilər göndərir. Namiq Kərimovun rəhbəri
olduğu şöbə gün ərzində 100-ə yaxın sərxoş sürücünü saxlaması və onların
hər birindən 1000 manat almasına dair də məlumatlar var. Güman edilir
ki, N.Səfərovun bacısı oğlunu yenidən vəzifəsinə qaytarmaq istəməsi də
gün ərzində 95-100 min manat pul gətirən şöbəyə nəzarəti əldə saxlamağa
hesablanıb.
Bu barədə qəzetlərdə yazılar dərc olunduğundan
Nuşirəvan Səfərov bərk hirslənib və özünün “kassiri” sayılan Malik
İbrahimova bu işə əl qoymağı tapşırıb. Apardığımız araşdırmalar
nəticəsində isə bizə bəlli olub ki, dövlət qulluğunda xidmət edən
şəxslərin əksəriyyəti öz xahişi ilə xidmətdən azad olunub özlərini hüquq
sahəsində sınamaq istəyirlər. Araşdırmalarmız həm də onu aşkar edib ki,
mətbuata qərəzli fikirlə yanaşan xırda məmurlar son vaxtlar əllərinə
fürsət düşən kimi onların xoşa qəlməz hərəkətlərindən, elədikləri
özbaşnalıqlarından yazan yazarlardan qisas almaq istəyirlər. Belə
məmurlar tənqidi yazılardan nəticə çıxarıb düzəlmək əvəzinə onlar haqda
ifşaedici yazılar yazan mətbu orqanları məhkəmə vasitəsilə susdurmaq
istəyirlər və hətta öz tabeçiliyində olan işçiləri də buna təhrik
edirlər.
Mötəbər mənbədən aldığımız məlumata görə, Bakı DYPİ-də
şöbə rəisi vəzifəsində çalışan Malik İbrahimov adlı polis mayoru özünü
şöbə rəisi vəzifəsindən savayı vəkillik sahəsində də sınamaq istəyir.
Mötəbər mənbənin sözlərinə görə son vaxtlar bəzi mətbu orqanlar Bakı
DYPİ-də mövcud olan böyük nöqsanlardan kəskin yazılar dərc edirlər deyə
həmin idarənin rəisi Nüşrəvan Səfərov tərəfindən şöbə rəisi Malik
İbrahimova tapşırıq verilib ki,o həmin mətbu orqanları məhkəməyə verərək
məhkəmələrdə idarənin xeyrinə qərar çıxardılmasına nail olsun . Həmin
mənbənin verdiyi məlumata görə Nüşrəvan Səfərov tərəfindən bu iş Malik
İbrahimova ona görə həvalə olunub ki, onun özünün vəkillik sənətinə
böyük həvəsi var. Mənbənin bildirdiyinə görə Bakı şəhərində
avtomaşınları zorla əllərindən alınan və barəsində həddindən artıq
yüksək məbləğdə cərimə yazılaraq avtoxuliqanlıq maddəsi ilə məhkəməyə
göndərilən sürücülərin sənədlərinə şəxsən Malik İbrahimov özü nəzarət
edir.
Onu da demək lazımdır ki, əksər sürücülərdə DİN-nə qarşı
mənfi fikrin formalaşmasında Malik İbrahimovun rolu az deyil və elə
təsəvvür yaranır ki, sanki o bunu qəsdən edir. Mənbənin bildirdiyinə
görə Malik İbrahimov həmçinin keçmiş təhsil naziri Misir Mərdanovun
qohumudur və məhz bu səbəbdən də bu günəcən onun vəzifə başında etdiyi
özbaşnalıqlara, sürücüləri haqsız incitməyinə görə ona gözün üstə qaşın
var deyən olmayıb. Malik İbrahimovun vəzifə səlahiyyətlərindən süni
istifadə etməsindən əziyyət çəkənlər çoxdur.
Aldığımız məlumata
görə Malik İbrahimov tərəfindən qanunsuz incidilənlər arasında Bakı
şəhərinə daxil olan yük maşınlarının sürücüləri çoxluq təşkil edir.
Deyilənlərə görə son vaxtlar Malik İbrahimov tez-tez məhşur “Mamounia”
gecə klubunda görünürdü.
O indi ağ rənqli, tranzit nömrəli
“Toyota Kamry” markalı avtomobilinə minərək,”efirə” çıxıb gecələr şəhərə
Bakıya girən avtomobillərə saxlama əmri verditdirir. Düzdür, işçiləri
onunla fərəhlənir ki,Bakı DYPİ-də Malik İbrahimov adlı şəxs olmasa
Bakıda avtoxuliqanlıq baş alıb gedər, ancaq avtoxuliqanlıq etməyən,
yol-hərəkəti qaydalarını pozmayan yük avtomaşınlarının və taksi
sürücülərin günahı görəsən nədir ki, onlar da saxlanılıb cərimələnir?!
Bax, onların Malik İbrahimovla bağlı fikirlərini öyrənmək çox maraqlı
olardı…
Yeri gəlmişkən, deyilənə görə, Malik İbrahimovun qardaşı
Etibar İbrahimov da Sabirabad rayonunda çalışır və əsas trasa nəzarət
edir. O rayonlu fermerlərin öz məhsullarını Bakıya gətirməsinə ciddi
şəkildə mane olduğu və bu səbəbdən haqqında xeyli giley-güzarın
dolaşdığı da yayılan məlumatlar arasındadır.
“Arxamca düşən ağ
rəngli “Niva” markalı maşından qaçmaq məcburiyyətində qalmışdım. Kimin
məni niyə izlədiyini bilmirdim. Tanınmış adamam, düşündüm ki, birdən
kimsə mənə xətər yetirər. Üstəlik maşındakı adam məni bir dəfə hədələdi
də. Əlində nəsə tutmuşdu, silaha bənzətdim. Yol polisi saxlayandan sonra
bilmişəm ki, mülki geyimdə məni qovan adam Bakı şəhər Dövlət Yol Polisi
İdarəsində şöbə rəisi Malik İbrahimovdur”.
Bu sözləri
avtoxuliqanlıq etməkdə günahlandırılan müğənni Tunar Rəhmanoğlu deyirdi.
Yol polisinə tabe olmamaqda və maşını yüksək sürətlə idarə etməkdə
günahlandırılan müğənni məhkəmə qərarı ilə 10 sutka həbs olunaraq,
sürücülük vəsiqəsindən 1 illik məhrum edilmişdi.
Törətdiyi əmələ
görə cəza alan Tunar onu bu addımı atmağa vadar edən şəxs barəsində də
ölçü götürülməsini istəyirdi: “Azərbaycan qanunları hamıya şamil
edilməlidir. Əgər bir vətəndaş kimi mən yol hərəkəti qaydalarını
pozmamalıyamsa, dövlət məmuru da vəzifəsindən sui-istifadə etməməlidir.
Mən çox hörmət etdiyim daxili işlər naziri Ramil Usubova, eləcə də DİN
Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general – mayoru Ramiz
Zeynalova müraciət edirək, bir vətəndaş kimi onlardan xahiş edirəm ki,
Malik İbrahimovun bu hərəkəti ilə bağlı ölçü götürsünlər”.
Müğənninin
dedikləri şəhərdə quraşdırılmış kameraların da yaddaşına köçürülüb. Elə
DYP-dən əldə edilən videogörüntülərdən bəlli olur ki, ağ rəngli “Niva”
markalı maşın Tunar Rəhmanoğlunun idarə etdiyi “Mercedes”i təqib edir.
Tunar maşını saxladıqda isə DYP əməkdaşlarından öncə “Niva”dan düşən
mülki geyimli şəxs yaxınlaşıb, “Mercedes”in arxa qapısını açır.
Bir sözlə, görüntülər şöbə rəisinin mülki geyimdə vətəndaşı təqib etdiyini ortaya qoyur.
M.İbrahimovdan
şikayət edən təkcə T.Rəhmanoğlu deyil. Taksi sürücüsü Rauf Cəbiyev də
mətbuata açıqlama verərək, heç bir əsas olmadan Malik İbrahimov
tərəfindən avtoxuliqan adı ilə saxlanılaraq bölməyə aparıldığını deyib.
Onun sözlərinə görə, aprelin 13-də axsam saat 23 radələrində müştəri
aparakən İnşaatçılar prospektində üzü Olimpə tərəf düşərkən işıqforda
maşını saxlayıb və bu zaman onun yaxınlığında saxlayan ağ rəngli “Niva”
markalı avtomobildən sürücünün yanında oturan bir nəfər düşərək onun
maşınına yaxınlaşıb: “Hələ işıqfora çatmamış həmin maşında oturan şəxs
mənə əl ilə saxlamaq işarəsi verdi. Ancaq adamı tanımadığımdan
saxlamadım. Mülki geyimdə olan həmin adam əvvəlcə müştəri tərəfdə olan
şüşəni döyəcləyərək maşının qapısını açılmasını tələb etdi. Amma
müştərim Nicat adlı şəxs həmin adamı tanımadığından qapını açmadı”.
Rauf
Cəbiyev avtomaşına yaxınlaşan şəxsin nə istədiyini öyrənmək üçün özü
maşından düşüb. Az keçməmiş əraziyə YPX maşını da yaxınlaşıb. Bu zaman
həmin mülki geyimli adam artıq qapını açıb yerə düşən Nicatın boynunun
dalından tutaraq “ratsiya” ilə başından vurub və şalvarından yapışaraq
kobudluqla “077” nömrə nişanlı maşına salıb. R.Cəbiyevi isə YPX maşınına
otuzdurublar. Polislər onlara nə üçün saxlandıqları ilə bağlı məlumat
da verməyiblər.
Sürücünün sözlərinə görə, yalnız YPX-nin
maşınında ona məlum olub ki, onlar avtoxulqanlıq etməkdə ittiham
olunurlar. “Polis mayoru mənə dedi ki, guya 20 yanvar şossesindən
sürətlə keçmişəm. Halbuki mən heç o ərazidə olmamışdım. Dedim ki, bunu
kameralar da göstərə bilər. Ancaq mayor etirazıma məhəl qoymadı. Yalnız
onu dedilər ki, bizi tutduran şöbə rəisi Malik İbrahimovun şəxsən özüdür
və onun icazəsi olmadan heç bir halda buraxa bilməzlər”.
Rauf
Cəbiyevin sözlərinə görə, onların hər ikisi polis bölməsinə aparılsa da,
hadisə qeydiyyata düşmədiyindən və hadisə ilə bağlı heç bir protokol
tərtib edilmədiyindən sərbəst buraxılıblar. Yalnız sonradan, üstündən
bir neçə həftə keçəndən sonra Rauf Cəbiyevə məlum olub ki, onlara qarşı
avtoxulqanlıq maddəsilə protokol tərtib olunub və işləri məhkəməyə
göndərilib.
Aparılan araşdırmalardan belə məlum olub ki,
R.Cəbiyev hadisə ilə bağlı mətbuata məlumat verdikdənsonra məhkəməyə
verilib və 5 sutka cəza alıb, maşını cərimə meydançasına aparılıb.
İttiham
aktını qanunsuz sayan R.Cəbiyev açıqlamasında bildirib ki, o, sadəcə
Malik İbrahimovun özbaşnalığının qurbanıdır və buna görə də məsələnin
Daxili Tədqiqatlar İdarəsində araşdırılmasını istəyir: “Hadisə baş verən
zaman qeydiyyat aparılmadı, hadisəyə baxış keçirilmədi, şahidlər
dindirilmədi və ekspertiza aparılmadı. Bölmədə də heç bir sənədə qol
çəkməmişəm. Görünür məsələ böyüyəndən sonra geri tarixlə qeydiyyat
aparılıb və iş məhkəməyə göndərilib”.
Adının açıqlanmasını
istəməyən başqa bir sürücü də bir neçə ay əvvəl M.İbrahimovun “tor”una
düşdüyünü deyir: “Şöbə rəisinin xüsusi adamları var. Bu adamlar “Jiquli
07” markalı maşında oturub yolda adama “ilişirlər”. Gənclər də başlayır
sürəti artırmağa. Yarışa-yarışa gətirib çıxarırlar M.İbrahimovun yanına,
o da cəriməsini kəsir”.
Adını açıqlamaq istəməyən keçmiş DYP
əməkdaşı da deyilənləri təsdiqləyir: “Məni guya işimdə buraxdığım
nöqsanlara görə DYP-dən xaric etdilər. Kimin həddi nədir ki, rəislərdən
icazəsiz hansısa iş görsün? Hər yerdə kamera var, hər gün də görülən
işin hesabı aparılır. Sadəcə məndən şikayət oldu, gördülər məsələ
böyüyür qurban verdilər, getdim. Edilən şikayətlər doğrudur. Malik
müəllim gün ərzində cəmi 3 saat yatır, bütün günü yollardadır. Əsasən də
axşamlar çıxır reydə. Şəhərdə kimin hansı maşını sürdüyünü, harda nə
edə biləcəyini də əla bilir. Həmişə də “Niva”da olur”.
“Son
vaxtlar paytaxtın yol polisi əməkdaşları ilə bağlı artan şikayətlərin
İbrahimovun fəaliyyəti ilə bağlılığını iddia edənlər onun adıçəkilən
idarədə rüşvət sistemini bərpa etməsindən danışırlar”.
Adını
gizli saxlayan mənbə redaksiyamıza deyib ki, yol polislərinin
sürücülərdən aldığı “haqlar” məhz onda cəmləşir: “Bir sözlə, Malik
İbrahimov Bakı “QAİ”sində faktiki olaraq kassa rolunu oynayır. Onun gün
ərzində əlindən sürücülərdən alınan üst-üstə 100-150 min manat civarında
bir məbləğin keçdiyinə dair iddialar var. Radarlardan tutmuş sərxoş
sürücülərlə bağlı istənilən qayda pozuntusu faktı ilə şəxsən maraqlanan
Malik İbrahimovun paytaxtın yol polisi sistemində rüşvət faktını bərpa
etməsindən sonra Bakı ərazisində yol polisi əməkdaşları ilə bağlı
şikayətlərin artması, hətta internet üzərindən videoçəkilişlərin
yayılması təəccüblü deyil. Malik İbrahimovun ay ərzində Nuşirəvan
Səfərova 5 milyon manata yaxın rüşvət yığdığı iddia olunur”.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.(“Bizim Dövr” qəzeti)
Short URL: http://www.cumhuriyyet.net/?p=8355