“Həzi Aslanov” stansiyası ətrafındakı hasar nə vaxt söküləcək?
“Həzi
Aslanov-2″ metrostansiyasının tikintisi ilə əlaqədar olaraq həmin ərazi
hasarlanıb. Stansiya tikintisi kifayət qədər vaxt alan bir proses
olduğundan həmin ərazi uzun müddətdir ki, hasarlanmış olaraq qalıb”.
Modern.az-a açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar
Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev sözügedən
ərazinin uzun müddətdir hasara alınmasına aydınlıq gətirərkən deyib.
səbəb isə həmin stansiyanın “Yaşıl xətt”in davamı olacağıdır. “Xətai”
stansiyasından sonra Nobel prospekti boyunca çəkiləcək olan bir neçə
stansiya “Həzi Aslanov-2” stansiyasında dayanır. Gələcək üçün isə onun
davamı dairəvi olacaq, həmin xətt yenidən “Dərnəgül” stansiyasına gedib
birləşəcək”.
“Həzi Aslanov-2” tiklib istifadəyə verildikdən sonra o, keçid kimi
istifadəyə veriləcək. Digər stansiyalarda tikinti işlərinin bitməsini
gözləməyə ehtiyac yoxdur.
keçidi kimi Həzi Aslanov keçidi tikilir. Tikintisi nəzərdə tutulan
stansiyalar istifadəyə verildikdən sonra birbaşa “Həzi Aslanov-2″
stansiyasına birləşəcək”.
Aslanov” metrostansiyasının ətrafı 3 ilə yaxındır ki, hasara alınıb.
Sərnişinlərin gediş-gəlişinə mane olur. Sözügedən ərazidə avtobusların
dayanması mümkün deyil.
Short URL: http://www.cumhuriyyet.net/?p=8356