Nazirlərin ilk iş yerləri

09.06.2014 - 18:49

İlk iş yeri və ilk maaş heç vaxt unudulmur. İstər nazir olasan, deputat, istər də adi sıravi vətəndaş… 
Hazırda kariyerasının zirvəsində, nazir postunda olan məmurların ilk iş yerləri yəqin ki, hər biriniz üçün maraqlı olar.
AzVision.az Azərbaycan nazirlərinin çalışdıqları ilk iş yerlərini araşdırıb. 
Beləliklə başlayaq ölkənin baş diplomatı Elmar Məmmədyarovdan… 
On ildir ki, xarici işlər naziri vəzifəsində çalışan Elmar Məmmədyarovun
ilk iş yeri kimi tərcümeyi-halında Azərbaycan SSR Xarici İşlər
Nazirliyində 2-ci katib vəzifəsi göstərilib. 1982-1988-ci illərdə bu
vəzifədə çalışan nazir sonradan 1-ci katib olub. 
Daxili işlər naziri Ramil Usubov kariyerasına elə daxili
işlər orqanlarından başlayıb. O, 1970-ci ildən daxili işlər orqanlarında
xidmət edir. Nazir cinayət-axtarış strukturlarında xidmət aparıb. 
2004-cü ildən milli təhlükəsizlik naziri vəzifəsində çalışan Eldar Mahmudov da
ilk işinə daxili işlər orqanlarında başlayıb. O, 1980-2004-cü illərdə
daxili işlər orqanlarında xidmət edib. Bu dövrdə mütəşəkkil
cinayətkarlıqla mübarizə, cinayət-axtarış strukturlarında çalışıb.
Müdafiə naziri Zakir Həsənov 1985-ci ildə Almaniyada
yerləşən Sovet Ordusu sıralarında xidmətini bitirdikdən sonra SSRİ
Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında
çalışıb. O, bu vəzifədə 1993-cü ilədək işləyib. 
Ədliyyə naziri Fikrət Məmmədov isə əmək fəaliyyətinə 1977-ci
ildə rayon prokurorunun köməkçisi kimi başlayıb. Daha sonra o, Bakı
şəhər prokurorluğunda şöbə prokuroru, respublika prokurorluğunda böyük
prokuror və Təşkilat-nəzarət şöbəsinin rəisi vəzifələrində işləyib,
həmin vəzifədən Azərbaycan KP MK İnzibati orqanlar şöbəsində hüquq
mühafizə orqanları ilə iş üzrə təlimatçı vəzifəsinə keçirilib. 
Müdafiə sənayesi naziri Yavər Camalov kariyerasına operator
kimi başalyıb. Belə ki, o, 1972-ci ildə Azərbaycan Neft və Kimya
İnstitutunu bitirdikdən sonra “Siyəzənneft” Neftqazçıxarma idarəsinin
operatoru kimi işləməyə başlayıb. 
Maliyyə naziri Samir Şərifov kariyerasına iqtisadçı kimi
başlayıb. İlk olaraq o, 1983-cü ildə Ukraynada, Kiyev Dövlət
Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin
Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib, magistr dərəcəsi alıb.
1983-1991-ci illərdə SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində Bakıda
və xaricdə (Yəmən Xalq demokratik Respublikası) iqtisadçı kimi
çalışmağa başlayıb. 
On dörd ildir ki, vergilər naziri olan Fazil Məmmədovun ilk
işlərindən biri kassirlik olub. Belə ki, o, 1987-1989-cu illУ™rdУ™ GУ™ncУ™dУ™
SУ™naye-Tikinti Bankında iqtisadçı, kassa müdiri vУ™ Bakı SУ™naye- Tikinti
Bankının У?mУ™liyyat İdarУ™sindУ™ iqtisadçı vУ™zifУ™lУ™rindУ™ çalışıb. 
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev əmək
fəaliyyətinə1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqtisad
İnstitutunun Bakı filialını bitirdikdən sonra başlayıb. O, 1990-1991-ci
illərdə Bakı Baş Tikinti İdarəsində baş mühasib işləyib. 
İki ali təhsili olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun
isə ilk işlərindən biri geoloq olub. 1984-cü ildə Azərbaycan Dövlət
Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirən və daha sonra
Azərbaycan Universitetində ikinci ali təhsil alan nazir 1978-ci ildən
işləməyə başalyıb. O, “Xəzərdənizneftqaz” kəşfiyyatı idarəsində
başlamış, texnik və geoloq vəzifələrində çalışıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 1987-ci
ilin noyabrında namizədlik dissertasiyası müdafiə edərək iqtisad
elmləri namizədi alimlik dərəcəsi alıb. 1988-ci ilin yanvarından 1995-ci
ilin iyulunadək Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş
müəllim, dekan müavini vəzifələrində çalışıb.
Kənd təsərrüfatı naziri Heydər Əsədov kariyerasını qurmağa
başlayanda ilk çalışdığı işlərdən biri fəhlə olub. O, 1978-1984-cü
illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük
təftişçi vəzifələrində çalışıb. 
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə kariyerasına
ingilis dili müəllimi kimi başlayıb. Belə ki, 20 ildir nazir
vəzifəsində çalşan Əbülfəz Qarayev 1978-ci ildə Saatlı rayonunda M.
Əzizbəyov adına orta məktəbdə ingilis dili müəllimi işləməyə başlayıb.
1980-1985-ci illərdə Azərbaycan LKGİMK-nın təşkilat şöbəsinin
təlimatçısı, bölmə müdiri olub. 
Yeni nazirlərdən hesab olunan təhsil naziri Mikayıl Cabbarov əmək fəaliyyətinə 1995-ci ildən bank sektorunda başlayıb. 1999-2002-ci
illərdə özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib. 
Səhiyyə naziri Oqtay Şirəliyevin əmək fəaliyyəti ilə bağlı
yeganə məlumat onun elmi fəaliyyəti və Diaqonistika Mərkəzinin başçısı
kimi çalışmağıdır. Azərbaycan Tibb İnstitutunu bitirən O.Şirəliyev
namizədlik və doktorluq dissertasiyalarını Moskvada müdafiə edib. O,
professor, tibb elmləri doktorudur. Nazir olmazdan əvvəl Respublika
Diaqnostika Mərkəzinin başçısı olub. 
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov 1976-cı
ildə Moskva Energetika İnstitutunu “Avtomatika və telemexanika” ixtisası
üzrə bitirdikdən sonra təxminən bir il Azərbaycan Elmlər Akademiyasında
işləyib. 
Sonra isə təhsilini davam etdirib, Ukrayna Elmlər Akademiyasında
məqsədli aspiranturada təhsil alıb. 1982-1992-ci illərdə Azərbaycan
Elmlər Akademiyasında müxtəlif vəzifələrdə çalışıb, kompüter və
telekommunikasiya şəbəkələrinin işlənib hazırlanması və tətbiqi üzrə
elmi-tədqiqat işlərinə rəhbərlik edib.
İxtisasca dağ mühəndis-geoloqu olan energetika naziri Natiq Əliyev Azərbaycan
Neft və Kimya İnstitutunu bitirdikdən sonra “Xəzərdənizneftqazsənaye”
Ümumittifaq İstehsalat Birliyinin “Azdənizneftkəşfiyyat” trestində,
Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda işləyib.
Gənclər və idman naziri Azad Rəhimov ali təhsilini ingilis
dili müəllimliyi üzrə alıb. İlk əmək fəaliyyətinə isə 1984-cü ildə Xətai
rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb. 
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov isə
əmək fəaliyyətinə Təhsil Nazirliyində başlayıb. Belə ki, o, 1978-1983-cü
illərdə Təhsil Nazirliyində, sonra isə komsomol orqanlarında çalışıb.
1985-1992-ci illərdə Zaqafqaziya Komsomol və Ali Partiya məktəblərində
müəllim vəzifəsində işləyib.
Nəqliyyat naziri Ziya Məmmədovun ilk işi isə maşinist
köməkçisi olub. 12 ildir ki, nazir vəzifəsində çalışan Ziya Məmmədov
Əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri
Lokomotiv deposunda maşinist köməkçisi kimi başlayıb. 
P.S. Nazirlərin əmək fəaliyyəti ilə bağlı məlumatlar vikipediya əsasında hazırlanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=8358

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31