Banklardan milyonlar niyə çıxarılır?

09.06.2014 - 18:52
“Bank sektorundakı mövcud vəziyyət insanlarda etibarı sarsıdıb”

“Bank sektorundakı mövcud vəziyyət insanlarda etibarı sarsıdıb”

Mərkəzi Bankın 2014-cü ilin ilk 4
ayının (yanvar-aprel) yekunu üzrə hesabatı açıqlanıb. Yerli valyuta ilə
əhalinin əmanətləri bütün əmanətlərin 61,9 faizini (4 milyard 67 milyon
manat, ilin əvvəli ilə müqayisədə 4,6 faiz çox), xarici valyuta ilə
əmanətlər isə 38,1 faizini (2 milyard 502,9 milyon manat, ilin əvvəli
ilə müqayisədə 0,2 faiz az) təşkil edir.

Mayın 1-nə qədər rezidentlərin bank
əmanətinin həcmi 5 milyard 961,2 milyon manat olub. Bu göstərici ilin
əvvəli ilə müqayisədə 6,1 faiz artıb. Qeyri-rezidentlərin (xarici
vətəndaşların) əmanətləri 608,7 milyon manat olub. Bu göstərici ilin
əvvəli ilə müqayisədə 21,5 faiz azalıb. Belə çıxır ki, ilin 4 ayında
əcnəbi əmanətçilər Azərbaycan banklarına qoyduğu 167 milyon manat
əmanəti geri götürüb. Bu, Azərbaycanın bank sektoruna inamsızlıq
meyllərinin güclənməsindən xəbər verir. (“Yeni Müsavat”)

Xarici əmanətçilər iflasa uğrayan
“Royal Bank”ın sığortasız əmanətləri ilə bağlı qalmaqaldan sonra
əmanətlərini çıxarmağa başlayıb. “Royal Bank” məsələsində İran
vətəndaşları 100 milyon manat ziyana düşüb. Bankın lisenziyası ləğv
edildikdən sonra oradakı əmanətlərin 71 faizinin batması əmanətçilərdə
əsaslı narahatlıq yaratmışdı və artıq real nəticələr göz önündədir.

Bundan başqa Mərkəzi Bankın bəyanatına görə, bu ilin sonuna qədər
tədiyə balansı 50 milyondan az olan bankların lisensiyazı ləğv ediləcək.
Bu isə bank sektoruna təsirsiz ötüşməyəcək.

İqtisadçı Samir Əliyev bildirdi ki, Mərkəzi Bankın
ilin əvvəlində qəbul etdiyi qərar bankların kredit verilməsi imkanlarını
daraltdı. Çünki banklar kredit verdikləri şəxslərdən iş yerindən arayış
tələb etməyə başladı. Ardınca isə banklar avtomobil kreditlərini
dayandırdılar. S.Əliyevin sözlərinə görə, banklar yenidən iki ay sonra
avtomobil kreditlərini bərpa etsələr də, şərtlər sərtləşdirilmişdi:
“Yeni avtomobillər üçün 40-50, köhnə avtomobillər üçün isə banklar 80
faiz ilkin ödəniş istədilər. Bu isə təzadlı qərar idi. Çünki avtomobilin
80 faizi miqdarında vəsaiti olan şəxs 20 faizə görə bankdan kredit
götürməz. Atılan bu addımlar banklardakı problemləri üzə çıxardı. Çünki
Azərbaycanda bir sıra banklar var ki, onlar yalnız ya istehlak, ya da
maşın kreditləri üzrə ixtisaslaşıblar.  Proqnozlaşdırılırdı ki, bu
addımlar bankların fəaliyyətinə ciddi zərər vuracaq. Nəticədə əgər
2013-cü ilin sonuna Azərbaycanda 4 bank ziyanla işləyirdisə, son
məlumata görə zərərlə işləyən bankların sayı 11-ə qalxdı. Bu o deməkdir
ki, Azərbaycandakı hər dördüncü bank zərərlə işləyir”.

S.Əliyev vurğuladı ki, əmanətlərin sığortalanma faizinin aşağı
salınması da banklara olan etibarı sarsıdıb. S.Əliyevin fikrincə, eyni
zamanda bankların tədiyə balansının 10 milyondan 50 milyona qaldırılması
da bankların fəaliyyətinə təsir edəcək. Hazırda 15-ə qədər bank onlar
qarşısında qoyulan tələdi yerinə yetirə bilməyib: “Deəmli bir tərəfdən
bankların əmanətlərin faizi aşağı salınır. Nəticədə insanlar üçün
banklara əmanət qoyuluşu maraqsız olur. Elə insanlar var ki, banka iri
kapital qoymaqla oradan gələn faizlər hesabına yaşayır. Bu addımlar
insanları gözləmə mövqeyinə keçməyə vadar edib. Nəticədə aprel ayı ilə
müqayisədə əmanət qoyuluşu azaldı. Bu azalma təkcə 104 milyon manat Bakı
şəhərində müşahidə olundu. Bank sektorundakı mövcud vəziyyət insanlarda
etibarı sarsıdaraq, onları ehtiyatlı davranmağa vadar etdi. Ona görə
qarşıdakı aylarda həm əmanətlərin azalması, həm də banklardan
əmanətlərin çıxarılması  müşahidə olunacaq”.

Azadlıq.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8359

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30