Daha bir tikinti şirkəti ifşa olundu

09.06.2014 - 18:59

Baş Prokurorluq mənzil-tikinti
kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilməsi
barədə məlumat yayıb. Məlumatda deyilir:

Nəsimi rayon məhkəməsindən daxil olmuş
xüsusi qərardad Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş
İdarəsində araşdırılıb. Araşdırmalar zamanı “Lalə-H” Mənzil-tikinti
kooperativinin vəzifəli şəxslərinin qulluq mövqeyindən sui-istifadə
edərək kooperativ tərəfindən paytaxtın Binəqədi rayonu ərazisində inşa
edilən çoxmərtəbəli yaşayış binasındakı mənzili təkrarən saxta müqavilə
əsasında Bakı şəhər sakininə 95 min manata satmaqla sonuncuya külli
miqdarda zərər vurmalarında şübhələr üçün əsaslar aşkarlanıb. Fakta görə
Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə
saxtakarlığı) maddələri cinayət işi başlanıb.

 Hazırda iş üzrə istintaq davam etdirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8362

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031