İsmayıllıda Beynəlxalq Əlillər günü qeyd olunub

03.12.2016 - 01:04

rr3 dekabr Beynəlxalq Əlillər günü “Qala şadlıq” sarayında qeyd olunub. Tədbirdə Qarabağ müharibəsi əlilləri, ümumi səbəblərdən əlillər, İkinci dünya müharibəsi əlilləri, uşaqlıqdan əlillər, onlara xidmət göstərən təşkilatların və ictimaiyyətin nümayəndələri iştirak edirdi. Məclis sabaha böyük inam və sonsuz ümidlər üzərində qurulmuşdu. Fizikiimkanları məhdud olan iştirakçılar məclisin ruhuna uyğun olaraq əlil olduqlarını unudaraq rəqslərə qoşulur, optimist ruhlu çıxışlar edirdilər.
Tədbir iştirakçıları əvvəlcə şadlıq sarayının foyesində əlillərin əl işləri, toxunma məhsulları və rəsmlərindən ibarət satış-sərgiyə baxdılar. Mərhəmətli insanlar xeyli sayda sərgi eksponatlarını aldılar.
Tədbiri giriş nitqi ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qeyd etdi ki, bütün kateqoriyadan olan əlillər, xüsusilə yarı canını Vətən yolunda qoyan Qarabağ Müharibəsi Əlilləri Azərbaycan ssRespublikasının Prezidenti İlham Əliyevin, dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub. Onların heç biri öz problemiilə başlı başına qalmır. Dövlətin müəyyən etdiyi imtiyazlar hər bir ünvana dəqiqliyi ilə çatdırılır. Yeni iş yerləri açılarkən işləmək imkanı olan əlillər ilk növbədə nəzərə alınır.Vaxtarışı onlarayardım edilir. Əl işlərindən, yaradıcılıq nümunələrindən ibarət satış sərgilər təşkil olunur. Məqsəd odur ki, əlillər sosial həyatın, cəmiyyətin fəal üzvü olsunlar. Heç kim tənhalıqda qalmasın.
Millət Vəkili Novruz Aslanov çıxışında qeytd etdi ki, əlillərin sosial həyatının daha təminatlı olması üçün Azərbaycan dövləti hər şeyi edir. Bu günlərdə 2017-ci il üçün təklif olunan büdcənin Milli Məclisdə müzakirəsi zamanı bir daha aydın olur ki, büdcəmiz sosial yönümlüdür.İqtisadi böhranların, maliyyə cətinliklərinin dünyada yaşandığı bir zamanda növbəti ildə pensiyaların artımı gözlənilir.tt
Daha sonra Qarabağ Müharibəsi Əilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon filialının sədri Vidadi Zərbiyev,rayon veteranlar şurasının sədri Əlaləm Babayev, Qarabağ müharibəsi əlili Ravid Pənahov, Ailə və Uşaqlara dəstək mərkəzinin direktoru Lətifə Əliyeva, Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsinin müdiri Kamran Muradov, Əlil Sahibkarlar Təşkilatı rayon filalının sədri Rahim Səmədov və başqaları çıxış etdilər.
Qarabağ müharibəsi əlilləri arasında təşkilatçılığı ilə rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən nərd yarışının qaliblərinə diplom,medal və qiymətli hədiyyələr təqdim olundu.dd
2 saylı şəhər uşaq bağçasındatərbiyə olankörpələr şən rəqslər nümayiş etdirdilər.
Famil Əhmədovun diqqətəlayiq aparıcılığı və “Niyal” insturumental ansamblının təqdim etdiyi mahnılar iştirakçılar tərəfindən rəğbətlə qarşılandı.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=83646

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930