Ermənistanda saraydaxili çəkişmələr

09.06.2014 - 22:28

Sərkisyan iqtidarı Azərbaycana işləməkdə ittiham olundu

Sərkisyan iqtidarı Azərbaycana işləməkdə ittiham olundu
 
Ermənistanın sabiq prezidenti Robert Köçəryanın hazırkı dövlət
başçısı Serj Sərkisyan iqtidarı ilə ixtilafı dərinləşir. R. Köçəryanın
Ermənistanın Avrasiya İttifaqına Dağlıq Qarabağsız getməsini tənqid
etməsi birmənalı qarşılanmır.
Qeyd edək ki,
Ermənistanın xarici işlər nazirinin müavini Savarş Köçəryan “Azadlıq”
radiosunun erməni xidmətinə müsahibəsində keçmiş dövlət başçısının
fikirlərini şərh edərkən onu ittiham edib. XİN rəsmisi R. Köçəryanın
Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi adlandırmasına qarşı çıxıb.
“Bu, Azərbaycanın dəyirmanına su tökməkdir”,-deyə XİN təmsilçisi
söyləyib. 
Modern.az xəbər verir ki, R. Köçəryanın mətbuat xidmətinin rəhbəri Viktor
Soqomonyan isə XİN başçısı müavininin dediklərinə belə reaksiya verib:
“XİN Robert Köçəryanın nüfuzunu nəzərə alaraq onun fikirlərinə reaksiya
verməyə bilərdi. Görünür, Savarş Köçəryanda ciddi yaddaş problemləri
var. Robert Köçəryan Dağlıq Qarabağın “prezidenti” və Ermənistanın
dövlət başçısı olarkən bir şüarı var idi: “Birləşmək”. Robert Köçəryan
dəfələrlə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının
son hədəfi Dağlıq Qarabağla Ermənistanın birləşməsindən ibarətdir”. 
O,
hazırkı durumda Ermənistanla Azərbaycanın işğal altındakı torpaqlarında
yaradılmış separatçı rejimin bir-birinə inteqrasiyasını konfederativ
model kimi xarakterizə edib.  
R. Köçəryanın
nümayəndəsi Ermənistan XİN başçısı müavini haqda daha sərt ittiham
səsləndirib: “Dağlıq Qarabağ hərəkatının unudulması və Ermənistan Xarici
İşlər Nazirliyində belə bir adamın olması, Azərbaycana ötürülən
paslardır”. 

Xatırladaq ki, Astanada Avrasiya
İqtisadi Birliyinin yaradılması zamanı Qazaxıstan prezidenti Nursulatan
Nazarbayevin Ermənistana Azərbaycanın mövqeyini çatdırmasını Serj
Sərkisyan sükutla qarşılamışdı. Bundan sonra isə Ermənistan mətbuatı və
siyasətçiləri prezident Serj Sərkisyanı səriştəsiz adlandıraraq onu
tənqid ediblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8367

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031