İngiltərədəki səfirimiz Londonla vidalaşır…

09.06.2014 - 23:12

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov diaspor nümayəndələrimizin Londondakı Azərbaycan Evində təşkil etdikləri vida mərasiminə qatılıb.
Bu barədə Axar.az-a Azərbaycan Evinin əməkdaşı, həmkarımız Vüsal Həmzəyev məlumat verib. Onun sözlərinə görə, vida mərasimi səfirin şərəfinə keçirilib və onun fövqəaldə və səlahiyyətli səfir kimi fəaliyyət dönəminin başa çatması ilə bağlıdır. Görüşdə Londonda yaşayan və çalışan azərbaycanlılar, qadın təşkilatının üzvləri iştirak edib.
Xatırladaq ki, bir müddət əvvəl səfir F.Qurbanov Axar.az-a müsahibəsində Azərbaycan üçün çox darıxdığını vurğulamışdı: “Azərbaycan üçün burnumun ucu göynəyir. Orada yaşlı anam, bacım, qardaşım, qohum-əqrəbalarım və dostlarım var. Azərbaycanda olanda ölkənin hər bir bölgəsinə gedirəm. Cənuba, şimal-qərbə… Azərbaycanın təbiətinə vurğunam. Bir çox ölkələrdən fərqli olaraq, bizim ölkəmizdə hələ də tam təbiiliyini qoruyub-saxlamış yerlər var”.
Vüsal Həmzəyevin xələfinin kim olacağı və onun ölkəyə nə vaxt dönəcəyi ilə bağlı məlumat yoxdur.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8370

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031