Avropa ölkələri Qarabağın qaytarılmasını istəmir?

10.06.2014 - 00:11

Azərbaycan ÜTT-nin İcraiyyə Şurasının növbəti sessiyyasının gündəliyinə işğal olunmuş ərazilərin turizm baxımından təbliğatının qarşısının alınması ilə bağlı xüsusi bənd salınmasını təklif edir.
Sessiya 5-6 iyun tarixlərində keçirilib.
İspaniyanın Santiaqo de Kompostela şəhərində BMT-nin Ümumdünya Turizm Təşkilatının (ÜTT) İcraiyyə Şurasının 98-ci sessiyası keçirilib. Sessiyada mədəniyyət və turizm nazirinin müavini N.Səmədov, Azərbaycanın İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri A.Əfəndiyev, Turizm şöbəsinin müdir müavini R.Paşayev və Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Z.Əliyev iştirak ediblər.
Sessiya çərçivəsində “Regional inkişafın dəstəklənməsi və inteqrasiyasında turizm marşrutlarının rolu” mövzusunda müzakirələr aparılıb və nazir müavini çıxış edib. O öz çıxışında viza rejiminin sadələşdirilməsi, nəqliyyat infrastrukturunun inkişafı, birgə marketinq kampaniyalarının keçirilməsi və s. mövzulara toxunub. Bununla yanaşı, N.Səmədov növbəti toplantının gündəliyinə işğal olunmuş ərazilərin turizm baxımından təbliğatının qarşısının alınması ilə bağlı xüsusi bəndin salınmasını və bununla bağlı Azərbaycan tərəfindən müvafiq qətnamə layihəsinin hazırlanmasını təklif edib. Bu təklif tədbir iştirakçıları tərəfindən qəbul edilib.
Qeyd olunan qətnamə layihəsi Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək İcraiyyə Şurasının 99-cu sessiyasında müzakirə olunacaq. Qətnamə qəbul olunacağı halda Dağlıq Qarabağın separatçı rejiminin nümayəndələrinin beynəlxalq turizm sərgilərində iştirakına mane olunacaq /Trend/.

Short URL: http://www.cumhuriyyet.net/?p=8373

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31