Rəşid Behbudovu Qorbaçov öldürtdü?

10.06.2014 - 00:50

Azərbaycanın
əfsanəvi vokalisti və ictimai xadimi Rəşid Behbudovun müəmmalı
ölümündən 25 il ötür. Hamı Rəşid Behbudovun ölməzlik qazanan
sənətkarlardan olduğunu düşünsə də, ailəsi başqa fikrdədir. Behbudovlar
onun unudulmasından gileylənir.

ANS
TV-nin məlumatın görə, əslində Rəşid Behbudov sağlığında qiymətini alan
sənətkardır. Məncə bu fikrin nə təkzibə, nə müzakirəyə ehtiyacı var. O,
dünyanı qarış-qarış gəzən bir-iki xoşbəxt müğənnilərimizdən idi. Hansı
ki, onların xarici səfərləri sözün əsl mənasında sensasiyaya səbəb
olurdu. Məsələn, danışırdılar ki, hətta Hindistanda Rəşid Behbudovu
oxutdurmaq üçün camaat onun getdiyi qatarı saxlatdırmalı olub.
Xalq
artisti Kamil Vəzirovun sözlərinə görə, Cəvahirlər Nehru tədbirlərin
birində bəyan edir ki, Rəşid Behbudov azərbaycanlı deyil, o hindlidir:
“Bu bəyanatdan dərhal sonta Rəşid Behbudov bildirir ki, yox mən
azərbaycanlıyam. Bir daha Cəvahirlər Nehru üzünü Rəşid Behbudova tutub
deyir, sən hind mahnılarını hindlidən yaxşı ifa edirsən”. 
Elə
70 il adını sevə-sevə xatırladığımız Stepan Şaumyanın da Hindistanda
qocalıb öldüyünü Rəşid Behbudov deyilənlərə görə, Hindistanda
eşitmişdi. Rəşid Behbudovun şagirdi Teymur
Əmrah isə qeyd edir ki, eşidiyimizə görə Rəşid Behbudovu aparırlar bir
qəbristanlığa: “Rəşid Behbudov orada çəkiliş aparır və onu Mərkəzi
Komitəyə təqdim edir”.
Maraqlıdır ki, Rəşid
Behbudovun ölümü də 1989-cu il Qarabağ münaqişəsinin təzəcə qızışdığı
vaxtlara təsadüf edir və onun hansısa kasetin badına getdiyi haqqında
söz-söhbətlər dolaşır. Üstəgəl o, Mixail Qorbaçovla da baş-başa
gəlmişdi. Bunu Rəşid Behbudovun həyat yoldaşı Ceyran xanım belə
xatırlayır. Ceyran Behbudovanın sözlərinə
görə, Rəşid Behbudov Mixail Qorbaçova deyib ki, bu, sizin tanklardır:
“Niyə sülh şəraitini təbliğ edən teatrın qarşısında tanklar durub. Belə
olmaz. Rəşid Behbudov mənə dedi ki, düz 3 dəfə Mixail Qorbaçova
səsləndim ki, bunu həll etmək lazımdır, yoxsa qan tökülə bilər. Mixail
Qorbaçovun bu sözdən xoşu gəlmədi. Deyəsən, məni aradan götürəcəklər”. 
Onu
doğurdan da aradan götürdülər, yoxsa xəstəlikdən dünyasını dəyişdi,
bunu bu gün deyə bilməyəcəyik. Çünki, həmin günlərdə Rəşid Behbudovun
böyrəklərində problem ciddiləşmişdi və xalq artistinin yaşı da təbii ki,
öz sözünü deyirdi. Amma sağlığında dünyaca məşhur olan bu adam ölümü
ilə sanki unuduldu. Onun qəbrüstü abidəsi isə düz 9 il sonra hazırlandı.
Ailəsi isə Rəşid Behbudova biganə münasibətin bu gün də davam etdiyi
qənaətindədir. 
Rəşid Behbudovun qızı Rəşidə
Behbudova deyir ki, bir neçə il əvvəl, Rəşid Behbudovun 95 illiyini də
heç kim anmadı: “Bilirsiz, mən o vaxt təmkinlə susdum. Acığımdan susdum
və gözlədim, gözlədim ki, bu dəqiqə kimsə zəng edəcək, kimsə deyəcək ki,
gözəl bir konsert keçirəcəyik, Rəşid Behbudovun xatirəsini hansısa bir
tədbirlə anacağıq”. 
Mədəniyyət və Turizm
Nazirliyndə isə əksini düşünürlər. Deyirlər ki, gələn il Rəşid Behbudovn
100 yaşı Azərbaycanda geniş qeyd olunacaq. Rəşid
Behbudov SSRİ kimi nəhəng bir imperiyanın təkcə xalq artisti deyildi,
həm də SSRİ Ali Sovetinin deputatı idi. Yəni, bu dövlətin siyasi
həyatına da nüfuz edirdi. Amma istənilən halda onun fəaliyyəti
Azərbaycanın nüfuzunun yüksəlməsinə hesablanmışdı. O, balaca boyu ilə
çox böyük işlər gördü. Bizim görməli olduğumuz iş isə onun adını və
xatirəsini həmişə uca tutmaq, o biri düynada da onu tək qoymamaqdır.
Rəşid Behbudovun məzarını ailəsindən başqa ziyarət edənlərin olmaması hardasa, bu dahi müğənninin unudulmasını təsdiqləyir.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8375

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031